Elan Konsertlər Musica Viva
Musica Viva

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək.

Konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.

Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. Biletlərin qiyməti 35, 40, 45, 50, 55, 60, 70 və 80 AZN-dir.

“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildə yaradılıb. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica Viva” müxtəlif janrlarda ifa edən universal musiqi kollektividir. Orkestrin geniş repertuarına rus və qərb klassiklərinin nadir ifa olunan əsərləri, eləcə də müasir müəlliflərin bəstələri daxildir. “Musica Viva” son 10 il ərzində uğurla böyük layihələr həyata keçirir – opera və oratoriyaları tanınmış müğənni və dirijorların iştirakı ilə konsert şəklində təqdim edir.

“Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Orkestr Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvanda, Türkiyə və Yaponiya qastrollarda olub. Müxtəlif səsyazma şirkətlərində onlarla diski buraxılıb.

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laueratıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir. Onun repertuarı sərhədsizdir- violonçel üçün 400 il ərzində yaradılmış həm məşhur, həm də heç vaxt ifa olunmayan əsərləri əhatə edir.

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biridir. 2003-cü ildə Sürixdə Geza Anda adına beynəlxalq pianoçular müsabiqəsində qələbəsindən sonra dünyanın müxtəlif şəhərlərinin nüfuzlu konsert zallarında uğurla çıxış edir.

Truba ifaçısı Andrey Yerşov 2011-ci ildə Moskva Dovlət Konservatoriyasını bitirib. Hazırda K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.

Biletlər: https://iticket.az/ru/events/concerts/musica-viva-moscow-chamber-orchestra-concert/15088




Konsertlər




Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər