Elan Caz Just Jazz
Just Jazz

14 yanvar 2020-ci il tarixində Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək. Gecədə Respublikanın Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, H3 collective, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə iştirak edəcəklər.


Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.




Caz




Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər