Elan Teatr "Yeddi gözəl" tamaşasının premyerası
"Yeddi gözəl" tamaşasının premyerası

 

7 və 8 dekabr Rus Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyni adlı əsəri əsasında "Yeddi gözəl" tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Litva Rus Dram teatrının quruluşçu rejissoru, Litva və SSRİ Dövlət mükafatı laureatı Yonas Vaytkusdur. Tamaşada Nizami rolunu Azərbaycanın əməkdar artisti Fuad Osmanov ifa edir. Yeddi gözəl: əməkdar artist Naina İbrahimova, Rus Dram teatrının aktrisaları Olqa Arsentyeva, Yeganə Hüseynli, Mariya Duboviskaya, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Milana Mardaxanova. Bəhram şah rolunu gənc aktyor fərid Bəhramov ifa edir. Quruluşçu rəssam -Arturas Şimonis (Litva), geyim üzrə rəssam -Sandra Straukayte (Litva), musiqi tərtibatı -Alqirdas Martinaytis (Litva), xoreoqrafiya -Tahir Eynullayev.

 




Teatr
Bilet: 15 AZN Rus Dram Teatrı




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.