19, 20 və 21 noyabr 2014 Bakı şəhərinin Ali məktəblərində (Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) qeyri-adi interaktiv foto aksiya ilə In/Trend/out adlı sosial sərgi açılacaq.
Ekspozisiyada hər birinin müəyyən tematik üslubu olan 7 foto şəkil təqdim olunacaq. Fotoqraflar: Yelena Djetere, Orxan Elvella, Nurziya Xəlilova, Mehparə Abbasova, Zöhrab Salamzadə, Ülviyyə Həsən və Hətəm Əliyev.
Elşən İbrahimov, Vəfa Əsədi, Anar Şəmsiyev, Könül Könüllü, Səbinə Mirzəyeva və Rüfət Əliyev - Yarat! qeyri-kommersiya təşkilatının dəstəyilə Səbinə Şıxlınskayadan master-klass keçmiş gənc kuratorlardır. Kurs bitdikdən sonra "İCU" təşəbbüskar kuratorlar birliyi yaradıldı.
Sərginin məkanı və zamanı:
19 noyabr, Azərbaycan Diplomatik Akademiyası 12:00-dan 15:00-a qədər
20 noyabr, Bakı Dövlət Universiteti 12:00-dan 15:00-a qədər
21 noyabr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 12:00-dan 15:00-a qədər
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.