Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

Robin Şultz kimi məşhur DJ-in iştirak edəcəyi gecə əyləncə proqramı 27 aprel tarixində “Elektra Events Hall”-da baş tutacaq. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Şənbə günü - 27 aprel tarixində “Elektra Events Hall”-un səhnəsində dünyaca məşhur DJ Robin Şultz öz məharətini göstərəcək. Əvvəlcə öz ölkəsində məşhurlaşan alman əsilli DJ artıq beynəlxalq səviyyəli meqastara çevrilib. DJ-liklə yanaşı prodüserliklə də məşğul olan Şultz hələ 30 yaşında Almaniyanın son 20 ildə ən uğurlu ifaçısı olduğunu sübut edib. Aşağı Saksoniya vilayətində kiçik klublarda DJ-liyə başlayan musiqiçini indi bütün dünya tanıyır.

Onun 2014-cü ildə qızıl və platin musiqi sertifikatlarına layiq görülən “Prayer In C” (Lilly Wood və The Prick ilə birgə ifa etdiyi) adlı sinqlı “iTunes” üzrə 40 ölkədə 1-ci sıraya yerləşib və 17 ölkədə ölkə səviyyəsində keçirilən paradlarda ən çox dinlənilən mahnılardan birinə çevrilib. Ümumilikdə 92 ölkədə “iTunes” siyahılarının ilk sıralarında yerləşən həmin meqahit 68 ölkədə ən çox dinlənilən 25 mahnıdan biri olub. Ancaq , DJ-in uğurları bununla bitmir. Belə ki, Şultz eyni zamanda “Shazam” tətbiqində dünya üzrə 1-ci yeri tutan ilk alman ifaçı olub. Bundan sonra, rəsmi olaraq, 2014-cü ilin yay aylarının hit mahnısı adına layiq görülən “Prayer In C”  beynəlxalq səviyyədə ən çox uğur qazanmış ilk alman istehsalı mahnıdır. Şultzun Almaniyada artıq qızıl sertifikata layiq görülmüş ən son albomu “SUGAR”  milyonlarla satışa nail olan “Headlights” (Ilsey ilə birgə ifa etdiyi), “Sugar” (Françesko Yeyts ilə birgə ifa etdiyi) və “Heatwave” (Akon ilə birgə ifa etdiyi) sinqllarını özündə cəmləşdirib. Hal-hazırda, ilk iki albomunun və müxtəlif sinqllarının satışı 7 milyona çatan Robin Şultzun ifaları ümumilikdə 2,5 milyard dəfə izlənilib.
 




Clubs
Ticket: 55 AZN Elektra Events Hall




"Baku Juniors" defeated Aran from Agjabadi with a score of 52:0 in the AFFA Women's Top League.

The "Baku Juniors" club, sponsored by the company Tripsome, is one of the clubs playing for the championship in the Women's Top League this year.

Tripsome Secures its First Venture Capital Investment from Caucasus Ventures

Tripsome, the leading marketplace for tickets to leisure, culture, entertainment, sports, and booking services in the tourism and travel industries, opens its US$300,000 seed round for investors led by Caucasus Ventures.

Best Art Galleries 2023

Experiencing awe-inspiring artwork in these top 7 art galleries will ignite your imagination and leave an indelible mark on your artistic journey.

An incendiary evening with dances from the Spanish masters Max Villaveccia & Los Aurora at the Baku Piano Festival

Dancing, Spanish passion, intensity of emotions and an amazing sense of rhythm in a windy Baku evening - this is a concert by Max Villaveccia & Los Aurora. Most of all, the audience was impressed by the dancer Miranda Alfonso and her filigree visual embodiment in the dance of the performed motifs.

8 places in Baku where you can eat the tastiest burgers

In these places you can enjoy the most delicious burgers