Dalida de Luxe
Yay vaxtı rahat divanlarda oturmaq çox xoşdur. Meqopolisin mərkəzində yüksəlmək və geniş örtüklər altında günəş şüalarından gizlənmək imkanı hər kəsi cəlb edir. Sürprizlər sizə menyu təqdim olunduqdan sonra başlayır. Hər bir yemək haqqında məlumatın yanında onun şəkili də var. Ən əsası da odur ki, sizə gətirilən yemək şəkildəki ilə üst-üstə düşür. Sərinləşdirici və spirtli içkilərin geniş çeşidi müxtəlif ət, toyuq, balıq yeməklərinə əlavədir. Əgər siz yeməyin hazırlanma prossesini izləməyi sevirsinizsə, onda aşpaz gözünüzün qabağında sifariş verdiyiniz isti yeməyi hazırlaya bilər.
"Dalida" kafenin oxucuları üçün yeni səviyyəli xidmətə keçmək xəbərimiz xoş xəbərdir. Açılışa hazırlaşan «Dalida Deluxe» kafesi lyuks klas məkan olacaq. «Dalida Deluxe» -un interyeri də qonaqları sevindirəcək.Böyük, şüşə tavan sayəsində zal gündüz vaxtı günəş işığı ilə dolacaq, axşam isə ulduz sayrışmasından zövq alacaqsınız.VİP sahə isə rahat balaca divanları ilə dəbdəbə və zövq nişanəsi olacaq.