Elan Uşaqlar üçün
Uşaqlar üçün
Princess & Pirates Party at Gymboree

Gymboree-də əfsanəvi "Şahzadə və Piratlar" bayramına tələsin! Sizi maraqlı oyunlar, bal rəqsləri, unudulmaz feys-art və bir çox başqa əyləncələr gözləyir! Gəlin, maraqlı olacaq!

"Madaqaskarda Yeni il" tamaşası

Yeni ilin ilk günlərində Heydər Əliyev adına Sarayın səhnəsində Moskva Kukla Teatrının truppasının ifasında uşaqlar üçün əyləncəli şou göstəriləcək. Balaca tamaşaçılara "Madaqaskarda Yeni il" interaktiv myuzklı təqdim ediləcək. Sizi inanılmaz kukla şousuna dəvət edirik!

"Vinni və dostlarının sərgüzəştləri" yeni il şousu

Sizi ilin əsas Yolkasına dəvət edirik! Sizi "Vinni və dostlarının sərgüzəştləri" adlı unudulmaz yeni il şousu gözləyir. Bu, sizin uşaqlarınız üçün hadir şansdır! Geniş foyedə tamaşanın başlanmağına bir saat qalmış uşaqları oyun zonaları gözləyir...

Gymboree-də Açıq Qapı Günü

Hamınızı Gymboree tədris mərkəzinə -Açıq Qapı Gününə dəvət edirik! 2 Dekabr tarixində 15:00-dan 18:00-a qədər gəlin və ödənişsiz olaraq bizim nümunə proqramımızda iştrak edin. Əlavə məlumat üçün zəng edin: 490 24 62; 496 59 86. Həmin gün qeydiyyatdan keçənlərə endirim edilir.

Olimpic star-da uşaq yeni il bayramı

Sizi və uşaqlarınızı Olimpik star-da keçirilən yeni il tamaşasına dəvət edirik! 24 dekabrdan 31 dekabra qədər 14:00-da sizi maraqlı şou-proqram, Şaxta baba və Qar qız, klounlar, jonqlyorlar, fokusçular və qonaqlıq gözləyir! Uşaqlar maraqlı müsabiqələrdə iştirak edə və Yeni İl hədiyyəsi qazana bilər! Uşaqlarınıza  Olimpik Star-da bayram bəxş edin! Giriş pulsuzdur.

"Yeni İl" incəsənət layihəsi

Sizi dekabrın 15-də saat 17:30-dan 18:30-a qədər 2-6 yaşında uşaqlar üçün Gymboree tərəfindən keçirilən "Yeni İl" incəsənət layihəsinə dəvət edirik. Tədbir Park Bulvarın 1ci mərtəbəsində keçirilir. Gymboree 0-5 yaşında uşaqlar üçün məşğələlərin təşkilində dünya lideridir.

"Face art"

Sizi dekabrın 22-də 17:30-18:30 arası Park Bulvarın 1-ci mərtəbəsində Gymboree tərəfindən 2-6 yaşında uşaqlar üçün keçirilən Face-Art layihəsinə dəvət edirik. Gymboree 0-5 yaşında uşaqlar üçün məşğələlərin təşkilində dünya lideridir.

Ali & Nino-da Gymboree Günü

Sizi 2 yaşdan 6 yaşa qədər uşaqlarla Ali & Nino-da Gymboree Gününə dəvət edirik! Sizi maraqlı "Yeni İl" art-layihəsi gözləyir! Gymboree 0-5 yaş arası uşaqlarla məşğələlər və bayramlar keçirmək üzrə dünya lideridir. Giriş pulsuzdur, sizi görməyə şad olacağıq!

Uşaq yolkası

2 və 4 yanvar 11:00, 13:00 və 15:00-da sizi Baby Bom uşaq yolkasına dəvət edirik. Şaxta Baba, Qar qız və ən əsası bütün uşaqların iştirakı ilə bayram keçiriləcək. Balacaları hədiyyələr və sürprizlər gözləyir!

"Maşa və ayı" tamaşası

Azərbaycan Dövlət Rus Dram Teatrı 17-25 mart tarixlərində -məktəb yaz tətili günlərində və Novruz bayramında "Maşa və ayı" nağlını təqdim edəcək. Quruluş teatrın baş rejissoru - Azərbaycanın xalq artisti Aleksandr Şarovski. Tamaşada teatrın gənc artistləri iştirak edirlər. Biletlər teatrda və Bakı şəhərinin bütün kassalarında satılır.

Gymboree-dən əyləncəli məşğələlər

Əziz valideynlər, Sizi fevralın 22-də saat 17:30-dan 18:30-a qədər Park Bulvarın 1-ci mərtəbəsində 2-6 yaşında uşaqlar üçün Gymboree Play & Music tərəfindən keçirilən "Parachute Time" əyləncə proqramına dəvət edirik. Gymboree 0-5 yaşında uşaqlar üçün məşğələlərin təşkilində dünya lideridir.

"Sehirli səməni" musiqili nağılı

Tezliklə bahar gəlir, onunla birlikdə sevimli və milli bayramımız Novruz. Uşaqlar üçün isə bu, xüsusilə sevindirici bayramdır. Axı tonqaldan tullanmaq, Novruz şirniyyatları yemək, qayğısız tətil keçimək vaxtıdır. Bayramınızı daha rəngarəng etmək üçün sizlərə və uşaqlarınıza bayram -"Sehirli səməni" musiqili nağılı təşkil etmişik.

"Ali & Nino"da Gymboree Günü

Əziz dostlar! Sizi martın 2-də saat 14:00-da Əli və Nino-da gözləyirik! Balacalarınız Gymboree tərəfindən keçirilən İncəsənət dərsində iştirak edəcəklər. Onları Art-layihə, ingilis dilində nağıl (tərcumə ilə) və şən oyunlar gözləyir! Gəlin, maraqlı olacaq!

Uşaqlar üçün Novruz

Gymboree və "Manhattan" restoranı uşaqlar üçün əyləncəli Novruz bayramı keçirir! 25 mart 11:00 və 16:00-da sizi rahat restoranda dadlı yeməklər və Gymboree-dən əyləncəli proqram gözləyir! 1 biletin qiymətinə 1 böyük və 1 uşağın girişi daxildir.

Uşaqlarınız üçün Novruz

Martın 21-dən 24-ə qədər Park Inn oteldə sizi və uşaqlarınızı "Novruz" bayramına həsr edilmiş maraqlı bayram proqramı gözləyir! Uşaqlarınıza bayram, əyləncə, şənlik, qonaqlıq və əla əhval-ruhiyyə bəxş edin!

Uşaqlar üçün Novruz

Əziz Valideynlər! İcazə verin Sizi Bahar bayramı münasibətilə təbrik edək və xəbər verək ki, "My Way" Müvəffəqiyyətli Qadınlar Klubu sizi 16 mart tarixində keçiriləcək Novruz Bayramına dəvət edir. Balaca dostları bahar və oyunlar dünyasına əyləncəli səyahət gözləyir. Proqrama musiqilər, rəqslər, oyunlar və hədiyyələr daxildir. Park Bulvara xüsusi təşəkkür edirik.

Family Novruz

Novruz burada başlayır! Kempinski Badamdar otel -Entertainment Center and the adjacent Amphitheater-də musiqili, dadlı yeməklər və oyunlarla gözəl bir gün keçirin. 17 mart 16:00-dan 20:00-a qədər sizin üçün ənənəvi konfet və çayla açıq bufet fəaliyyət göstərəcək. Tədbirdə xüsusi Novruz proqramı ilə folklor rəssamlar, musiqiçilər, gildən əşyalar düzəltmə dərsləri, xanımlar üçün xına ilə rəsm, trik-trak oyunları və boulinq sizi gözləyir.

Uşaqlar üçün Novruz

Novruz bayramı Azərbaycanın ən sevimli bahar bayramıdır. 19 mart "Yeni Nefes Akademiyasi" tədris-əyləncə mərkəzi "Party Time" bahar bayramında uşaqlar və böyüklər üçün bir çox sürprizlər hazırlayıb! Sizi və uşaqlarınızı maraqlı şou-proqram və bir çox əyləncələr gözləyir! Bilet əldə etməyə tələsin!

Açıq Qapi günü

Əziz dostlar! Sizi 20 aprel saat 16:00-da Ambassade De La Beaute gözəllik mərkəzində keçiriləcək Gymboree yay məktəbiylə bağlı Açıq Qapi gününə dəvət edirik. Siz bizim yay məktəbimiz haqqında ətraflı məlumat əldə edə biləcəksiniz. Həmçinin uşaqlar üçün Face Art keçiriləcək!

Global Party

Gymboree-də Dünya gəzintisi günü. Biz sizinlə Asiyadan Amerikaya qədər dünyanın müxtəlif guşələrini gəzəcəyik, müxtəlif millətlərin musiqiləriylə rəqs edəcək, Kenquru kimi hoppanacaq və Panda kimi ağaclara dırmaşacağıq. Həmçinin müxtəlif ölkələrdə uşaqların yediyi yeməklərin dadına baxacağıq.
3-6 yaşlı uşaqları 11 may saat 16:00 və 13 may saat 11:00 da Gymboree-yə dəvət edirik.

Video

Məlumat kitabçası

Beyti Kebap
  • Mətbəx:Türk
  • Ünvan:İbrəhimpaşa Dadaşov küç. 145B
Taksim Kebap
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)
Billionaire club
  • Mətbəx:Avropa
  • Ünvan:Süleyman Rüstəm küç.,47
Garage lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Z. Xəlilov küç.
Ambiance
  • Mətbəx:
  • Ünvan:28 May küç., 5A
La Skala
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr.,131