Gazelli International şirkəti Gymboree Play & Music-lə birgə Gazelli Evində Uşaqların Müdafiəsi Gününə həsr edilmiş "Kids party by Gazelli" bayramı keçirib. Yayın ilk günü, uşaqların sevincli simaları, xoşbəxt anlar və əlbəttə ki, unudulmaz bayram uşaqların xatirində uzun müddət qalacaq. Paraşüt-taym, feys-art, ləzzətli süfrə, musiqi, rəqslər uşaqların gününə rəng qatdı. Uşaqları qoruyun, axı onlar gələcəyimizdir!
Əziz dostlar! Çoxsaylı xahişləri nəzərə alaraq Bazar günü daha bir piknik keçirəcəyik! "Yay macəraları" pikniyi 26 avqust 11:00-da Botanika Bağında keçiriləcək! Sizi maraqlı oyunlar, feys-art, təbiət haqqında art layihə, həmçinin Gymboree-nin rahat ab-havasını xatırladacaq açıq havada Paraşütlə oyun və piknik.
Gymbo özünün kiçik dostlarını qonaq gözləyir! "Gymbo Day" bayramında bizə qoşulun. Burada əyləncəli oyunlar, mahnılar, rəqslər, həmçinin feys-art və çay süfrəsi sizi gözləyir. Gymbo üçün hədiyyə olaraq birlikdə (valideyn + uşaq) nömrə hazırlamağınızı xahiş edirik.
Sizi 2-5 yaş arası uşaqlarla Gymboree-dən Parachute time-a dəvət edirik! 5 oktyabr 17:30-dan 18:30-a qədər Park Bulvarın 1-ci mərtəbəsində gözləyirik! Gymboree 0-5 yaş arası uşaqlar arasında məşğələlər və bayramlar keçirmək üzrə dünya lideridir.
"Yeni Nəfəs Akademiyası" "Halloween" uşaq animasiya bayram-masqaradı təşkil edir. Uşağınıza əyləncəli bayram bəxş etmək qərarına gəlmişik! Bayrama daxildir: maraqlı şou proqram, furşet, "zoom" əyləncə otağı, oyun avtomatları! Hellouin kostyumları və ya maskalarında gəlməyinizi məsləhət görürük. Biletlərin qiyməti: 40 AZN (1 uşaq + 1 valideyn).
Dünyanın ən müəmmalı bayramını birlikdə qeyd etmək üçün sizləri Gymboree-ə dəvət edirik! Tədbirdə balacaları tapmacalar, tilsimlənmiş qəsrdə macəralar, həmçinin bir çox başqa maraqlı hadisələr gözləyir. Qorxulu olmayacaq! Sizi 31 oktyabr 17:00-da və 3 noyabr 16:00-da gözləyirik.
Rus Dram teatrı balaca tamaşaçılar üçün bayram sürprizi hazırlayıb. Uşaqlar "Dərzi və süpürgəçi" myuziklının premyerasına baxa bilərlər. Pyesin müəllifi Azərbaycanın xalq artisti Aleksandra Nikuşinadır. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Quruluşçu rəssam -Rusiya mütəxəssisi Nikita Sazonovadır. Xoreoqraf -Raul Turkkan.
Yeni il ən əyləncəli, ən arzulanan bayramdır. Hər kəs bu bayramı uşaqlıqdan sevir. Hər birimiz uşaqlarımızın da bu bayramı sevməyini və səbirsizliklə gözləməyini istəyirik. Bütün bunlara görə uşaqlarınız üçün macəra və əyləncə dolu möhtəşəm şou proqram hazırlamışıq!
Əziz valideynlər və uşaqlar! Sizi 30, 31 dekabr, 1 və 4 yanvar tarixlərində Əl Oyunları Sarayında keçiriləcək hədiyyə və sürpriz dolu Yeni İl bayramına dəvət edirik! Sizi əyləncə, maraqlı proqram, həmçinin Şaxta Baba və Qar qız gözləyir!
30 dekabr və 2 yanvar 16:00-da "28 Mall" uşaqları 4-cü mərtəbədə göstəriləcək yeni il tamaşasına dəvət edir. Ən aktiv uşaqlar Fantasy mağazasından keyfiyyətli oyuncaqlar qazanacaq.
Hər kəsin çox sevidiyi Novruz bayramı 16 və 17 mart Modern Hotel-də qeyd ediləcək! Bütün uşaqları valideynlərilə birlikdə əfsanəvi şouya dəvət edirik! Sizi mahnılar, rəqslər, süprizlər, oyunlar, hədiyyələr gözləyir! Sevimli milli qəhrəmanlar, populyar nağılların personajları sizinlə birgə əylənəcək!
Novruz buradan başlayır! Buta Palace-da müsabiqələr, mahnılar, rəqslərlə dolu əyləncəli, ailəvi tədbir ürəyinizcə olacaq! 22 və 23 mart 12:00-da sizin üçün "Bahar nağılı" adı altında maraqlı bayram proqramı təqdim ediləcək. Özünüzə və uşaqlarınıza əsl bahar bayramı bəxş edin!
Novruz bayramı Azərbaycanın ən sevimli bayramlarından biridir. 18 mart uşaqlar və böyüklər üçün "Yeni Nefes Akademiyasi" tədris və əyləncə mərkəzi bir çox sürprizlə hazırlayıb! Sizi uşaqlar üçün maraqlı şou-proqram, "zoom" oyun otağı, oyun aparatları, furşet və bir çox başqa sürprizlə gözləyir! Bilet əldə etməyə tələsin!
Əziz Dostlar! Sizi aprelin 26-da saat 18:00-dan 19:00-a qədər Park Bulvarın 1-ci mərtəbəsində 2-5 yaşlı uşaqlar üçün Gymboree tərəfindən keçiriləcək Parachute time proqramına dəvət edirik! Gymboree 0-5 yaşlı uşaqlar üçün məşğələlərin təşkilində dünya lideridir.
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günündə "Uşaqların xoşbəxt gələcəyi" (Happy Future of Children) ictimai birliyi tərəfindən təşkil edilən Do-Good Party keçiriləcək. Tədbir Four Seasons Hotel Baku-da keçiriləcək. Uşaqları nağıl və cizgi filmi qəhrəmanlarının iştirakı, müsabiqələr, oyunlar və musiqilərlə parlaq və maraqlı şou gözləyir.
Bazar günü, 9 iyun 14:00-da "Ulduzlar rəsm çəkir" xeyriyyə art-layihəsi Sea Breeze oteldə ilk sezonu açır. "Shore House" restoranında art-layihənin təqdimatı və hərracı olacaq. Layihənin baş qəhrəmanı: Nura Suri, İsa Məlikov, Eldar Qasımov, Miri Yusif, Könül nağıyeva, Züleyxa Akçurina, Məryəm Şabanova, Oksana Rəsulova, Murlana N-lana, Feliks Vişnevetskiy, Nərminə Ağası, Cəbrayıl Rəsulov və Syama.
Bakıda ilk dəfə 19 iyul 14:00-da "Summer Talents Sapphire Marine" Festivalı keçiriləcək. Festivalda 6 yaşdan 16 yaşa qədər uşaqlar "Miss & Mister Sapphire Marine" titulu üçün yarışacaqlar. Xüsusi olaraq müsabiqə üçün "Bakıda Azərbaycan mədəniyyəti və incəsənəti studiyası" vokal, aktyor işi, xoreoqrafiya və fashion üzr həftəlik Master klass Məktəbi təşkil edilir. İlk etap Seçim Kastinqidir və 5 və 12 iyul S.Vurğun, 23 ünvanında "Sapphire" restoranında keçiriləcək.
25 avqust 13:00-dan 15:00-a qədər bütün uşaqları burger hazırlamaq üzrə master klassa dəvət edirik! Hazırladıqları burgerlərdən balaca aşpazlar valideynləri ilə birlikdə zövq ala bilər. Bu, çox maraqlı olacaq. Bütün tədbir boyu animatorlar uşaqlara burger hazırlamaqda kömək edəcək!
31 oktyabr 17:00-da böyüklər və balacalar üçün "Yeni Nəfəs Akademiyası" tədris-əyləncə mərkəzi qorxunc və əyləncəli bayram Hellouində saysız sürprizlər hazırlayıb! Uşaqlar üçün maraqlı şou proqram, "zoom" oyun otağı, oyun aparatları, furşet və başqa əyləncələr gözləyir! Bilet əldə etməyə tələsin!
Sizi dünyanın ən müəmmalı bayramını bizimlə, Gymboree-də qeyd etməyə dəvət edirik! Balaca qonaqlarımızı sehirli məqamlar, müəmmalı hadisələr, həmçinin bir çox başqa macəralar gözləyir. Qorxulu olmayacaq! 30 oktyabr 16:00 və 2 noyabr 16:00.
Video
Məlumat kitabçası
- Mətbəx:
- Ünvan:Uzeyir Hacibeyov küç 62, (Marine Plaza)
- Mətbəx:Türk
- Ünvan:R.Behbodov küç.,31А
- Mətbəx:
- Ünvan:Həzi Aslanov küç. 109
- Mətbəx:
- Ünvan:Heydər Əliev prospekti, 2 (Hotel Excelsior)
- Mətbəx:
- Ünvan:28 May küç., 18
- Mətbəx:
- Ünvan:S.Vurğun küç. 62






