“Halloween party - 2013” "Crazy" uşaq klubunda! Bayrama karbaval geyimində 4 yaşdan yuxarı uşaqlar dəvət edilir. Maskarad zamanı ən yaxşı kostyum müsabiqəsi keçiriləcək. Şeytan, küpəgirən qarı və cadugər dəvət edilib. Uşaqlar akvaqrimlə bədheybətə çevriləcəklər. Bayram menyusu, dəhşətli şirniyyatlarla çay süfrəsi.
4 yanvar 2014-cü il Four Seasons Hotel Baku Sizi Segah ziyafət zalında keçiriləcək “Buz Kraliçası” bal maskaradına dəvət edir. Burada balaca qonaqlarımız qış nağılının iştirakçilarına çeviriləcək, nağıl personajları ilə əylənib, xoş vaxt keçirəcəklər.
Tamamilə yeni şou uşaqlarınızı nağıl və sevinc dünyasına qərq edəcək! Bir saatlıq əyləncədən sonra hər kəs Şaxta Baba və Qar Qız aləminə düşəcək! 2,3,4 yanvar 13:00-da Sizi və uşaqlarınızı restoranımızda gözləyirik. Biletlərin qiyməti: 30 AZN
"Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl" tamaşasının premyerası Rus Dram Teatrının səhnəsində baş tutacaq. Tamaşa 12:00-da başlayır.
Şeyxov Abdullanın 1,5 yaşı var. Bu, uşağın ən maraqlı vaxtıdır. O, dünyanı dərk edir və valideynləri onun hər addımından zövq alır. Xəstəlik gizlicə gəldi. 2013-cü ilin sentyabr ayında uşağa dəhşətli diaqnoz qoyuldu - kəskin mieloblast leykoz. Uşaq 200 000 avroya əməliyyat olunmalıdır. Marina restoranı və Umid.az xeyriyyə fondu 16 fevral 2014-cü il 12:00-da leykemiya ilə mübarizə gününə həsr edilmiş tədbir keçirəcək. Biletlərin satışından əldə edilən vəsait Şeyxov Abdullanın müalicəsinə sərf olunacaq.
Biletin qiyməti: 25 AZN.
Biletlərə Dj-lərin çıxışı, sehrbazlar, Mr.White-dan şou, Tatyana Dolivetsdən Qar şousu, oyunlar, müsabiqələr, həmçinin "Prinsessa" ticarət markasından uşaqlara hədiyyələr.
Əziz dostlar, Gymboree-dən qış sürprizləri davam edir! 15 fevral 16:00-da sizi Sweetheart Party-də gözləyirik! Uşaqları feys-art, maraqlı oyunlar, əyləncəli rəqslər və art layihələrdən ibarət proqram gözləyir.
2-6 yaş uaqlar üçün.
1 fevral Gymboree Pijama bayramı keçirir! Uşaqları buludlarda gəzinti, yataq torbalarında tullanma və əlbəttə ki yastıq döyüşü gözləyir! Pijama geyinməyi və özünüzlə yastıq gətirməyi unutmayın. Bayram 1 fevral saat 16:00-da keçiriləcək. Biletlərin qiyməti: 25 AZN
Şah Palas şəhərimizin balaca sakinlərini “Muhteşem Yüzyıl” adlı animasiyalı bayram şənliyinə dəvət edir. Qoy sizin övladlarınız özlərini sultanlar və şərq şahzadələri kimi hiss etsinlər. Giriş şərq stilində olan kostyumlarla arzuolunandır. Bir adam üçün bilet 25 AZN. Biletə daxildir : animasiyalı bayram qədimi milli oyunlarla, kosa ilə müsabiqələr, rəqslər, parodiyalar, şərq şirniyyatları ilə çay.
Novruz Bayramı Azərbaycanda ən sevilən bayramlardan biridir. 15 və 16 mart böyüklər və uşaqlar üçün bir çox sürprizlər hazırlamışıq! Sizi və uşaqlarınızı maraqlı şou proqram, nağıl qəhrəmanları və Novruz personajları gözləyir. Bilet əldə etməyə tələsin!
9 mart Sea Breeze-də yenə də ailəvi bayramdır! Uşaqları yeni personajlar, oyunlar, müsabiqələr və akvaqrimlər gözləyir. Giriş uşaqlar üçün: 10 AZN (animatorlarla oyunlar, akvaqrim, açıq bufet). Bayram 12:00-da başlayır. Zəhmət olmasa, yerləri qabaqcadan rezerv edin!
16 mart bizdə ailəvi bayramdır! Bu dəfə Novruz bayramını qeyd edirik. Uşaqlar üçün giriş: 10 AZN (qiymətə animatorlarla oyun, akvaqrim, açıq bufet daxildir). Tədbir 12:00-da başlayır. Yerləri qabaqcadan rezerv edin!
Cimboridə Novruz Bayramı! Milli bayramımızı birlikdə qeyd edək! Yumurta rəngləyək, tonqaldan tullanaq, "Nəlbəki" rəqsi edək.
23 mart 16:00-da sizi gözləyirik.
"Kempinski Badamdar Bakı" otelin Yay Düşərgəsinə sizi dəvət edirik! 5 günlük düşərgədə 4 yaşdan 12 yaşa qədər uşaqlar üçün müxtəlif proqram təklif edirik. 5 gün tam əyləncə və oyunlar!
Gymboree-dən yay sürprizi! Sizi Braziliya Gecəsində əylənməyə dəvət edirik! Gecədə əyləncəli oyunlar, hərarətli rəqslər, feys-art, çay, şənlik və təbəssüm gözləyir!
Əziz dostlar! Marina restoranı "Leykemiya ilə mübarizə" ictimai birliyi və Umid.az xeyriyyə fondu ilə birlikdə 28 sentyabr 13:00-da 22 sentyabr Beynəlxalq XML xəstələri gününə (xroniki miyeloid leykemiyası) həsr edilmiş tədbir keçirəcək. Bilet satışından əldə edilən vəsait xəstə uşaqların müalicəsinə sərf ediləcək!
27, 28, 29, 30 dekabr, 2 və 3 yanvar Opera və Balet Teatrının səhnəsində "Maşa və Ayı" tamaşasının yeni bölümlərinin premyerası olacaq. Seanslar rus və Azərbaycan dillərində olacaq. Daha ətraflı məlumat tezliklə veriləcək.
Yeni il ərəfəsində yer üzünün bütün insanları bayramı, böyüklər arzularının yerinə yetəcəyini, uşaqlar isə Şaxta babadan hədiyyələrini gözləyir. Bəs Şaxta Baba özü hardan gəlir? Bunu bilmək üçün Əfsanəvi Landiyaya yollanacağıq. Orada hədiyyə istehsal edən fabrikə gedəcək, özünün sehirli çubuğu ilə hədiyyə hazırlama prosesinə rəhbərlik edən Landiyanın Kraliçası Avelara ilə tanış olacağıq. Lakin ən vacib anda, Yeni İlə bircə gün qalmış çubuq yoxa çıxır! Onu kim götürüb? Bəlkə sadəcə itib?
Açıq səmadan Yer istiqamətində Qalaktikalar arası gəmi hərəkət edir. Zalım və güclü Dart Veyder bu gəmisi ilə gəlib bizdən Yeni İli alib aparmaq istəyir ki, biz kədərli və məyus olaq. Axı kədərli olana qalib gəlmək daha asandır! Buna görə də o, Şaxta Baba və Qar Qızı, həmçinin Harri Potteri aldadaraq müdriklik simvolu olan "Fəlsəfə Daşını" oğulayır...
Nağıl heyvanlarının, səyahət edən cavanın, şən keşikçi və əlbəttə ki, Sehirli Güzgüsü olan şahzadənin iştirakı ilə kukla tamaşası. Tamaşada bütün musiqilər canlı (sitra, gitara, blokflkeyta, tin vistl, ney) ifa olunur.
Uşaqlar üçün "10 dəqiqəyə dünya səyahəti" interaktiv master klass keçiriləcək. Birlikdə məşqlər etdikdən sonra uşaqlar öz valideynlərinə tamaşa göstərəcəklər. Uşaqlarla aktyorluq məşqləri keçirilir, mahnılar öyrədilir. Daha sonra uşaqlar kuklalarla kölgələr göstərməyi öyrənirlər.
Video
Məlumat kitabçası
- Mətbəx:Avropa
- Ünvan:Mərdanov Qardaşları küç.,9
- Mətbəx:Azərbaycan
- Ünvan:Məqsud Əlizadə küç.,47C
- Mətbəx:
- Ünvan:Heydər Əliev prospekti, 2 (Hotel Excelsior)
- Mətbəx:
- Ünvan:Mərdəkan yolunda
- Mətbəx:
- Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
- Mətbəx:
- Ünvan:S.Vurğun küç. 62






