Sizi "Eksperiment" Moskva musiqili teatrının "Alisa möcüzələr aləmində" tamaşasına baxmağa dəvət edirik. Luisa Kerrolla artıq yüz ildir ki, müəmmalı şəkildə uşaqların və böyüklərin diqqətini çəkir. Laki9n Alisa yenidən və yenidən Ağ Dovşan arxasınca qaçır, Dəlisov Şlyapniklə çay içir, Kraliça ilə kroket oynayır... Sənə elə gəlirmi ki, bu yeni Alisadır, bəlkə də o elə sən özünsən? Bütün sirr arzu etməyi öyrənməkdədir. Bunu isə teatrda öyrənmək lazımdır.
İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Cüzeppe Verdinin “Don Karlos” operasının konsert ifasında premyerası olacaq. Bu əsər Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur. Dahi bəstəkarın ən gözəl operalarından biri olan “Don Karlos” İohann Kristoff Fridrix fon Şillerin ispaniyalı infant” dünya opera sənətinin ən dəyərli nümunələrindən olan “Don Karlos, dramı əsasında qələmə alınmışdır.
Azərbaycan Dövlət YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı Rəşid Şerif (Əməkdar rəssam), musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır. Tamaşada Qasım Nağı (Kişi), Natəvan Qeybani (Qadın), Oktay Mehtiyev (Dost), Novruz Novruzlu (Fikrət) iştirak edirlər.
7 oktyabr Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Aqata Kristinin romanı əsasında "İttihamın şahidi" tamaşası göstəriləcək. Tamaşada təkrarsız ingilis yumoru və dolaşıq detektiv sujet var. İncə psixoloji detallar, parlaq boyalar, yüngüllük, zəriflik, zarafat və qrotesk.
Bakıda ilk dəfə 23 və 24 dekabr Azərbaycan Dövlət Opera və Balet Teatrında Uilyam Qibsonun eyniadlı pyesi, əfsanəvi Brodvey sevgi hekayəsi əsasında "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) tamaşası göstəriləcək. Uilyam Qibson (1914-2008) məşhur amerikan dramaturq və yazıçısıdır. O, Amerika ədəbiyyatının üslubçularından biri hesab olunur. Onun "İki nəfər yelləncəkdə" (Two for the Seesaw) Brodvey debütü 1958-ci ildə olub.
1 noyabr 2014-cü il Rus Dram Teatrıında Semyon Zlotnikovun pyesi əsasında "Ər arvadını atıb getdi" adlı tamaşanın premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovski. Tamaşa Azərbaycanın xalq artisti Yuriy Balıyevin və Azərbaycanın əməkdar artisti Nataliya Baliyevanın yubileyinə həsr edilib.
23 oktyabr Azərbaycan Dövlət Rus Dram Teatrında "Teatr romanı" tamaşasının premyerası olacaq. Premyera teatrın gözəl aktrisası, xalq artisti Lüdmila Duxovnanın 50 illik yaradıcılıq fəaliyyətinə həsr edilib.
Azərbaycan Dövlət "YUĞ" Teatrında Azərbaycanın Əməkdar İncəsənət Xadimi, YUĞ teatrının əsasını qoymuş rejissor Vaqif İbrahimoğlunun 65 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbirdə Vaqif İbrahimoğlunun əsəri əsasında "Audensiya" tamaşası göstəriləcək. Tamaşa 1996-cı ildə səhnələşdirilib. Tamaşada teatrın aktyorları, Azərbaycanın əməkdar artisti Fərhad İsrafilov iştirak edəcək. Tədbir çərçivəsində "YUĞ" teatrının rejissoru Babək Şirinsifətinin filmi göstəriləcək.
7 dekabr Rus Dram Teatrının səhnəsində A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının L.N.Tolstoyun motivləri əsasında səhnələşdirdiyi "Xolstomer. At hekayəsi" tamaşası ilə qastrolu olacaq.
A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının tamaşası görkəmli rejissor Georgi Tovstonoqovun və aktyor Yevgeniy Lebedevin xatirəsinə həsr edilib. Avtandil Varsimaşvili dünyanın dözülməz qəddarlığlından bəhs edən tamaşa səhnələşdirib. Bu, sevgi və mərhəmət, ağrılı-acılı yollarla əldə edilmiş müdriklik, ölüm haqqında hekayədir.
Dövlət Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın premyerasına hazırlaşır. V. Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən yeni tamaşa “Ağ ölüm” adlanır.
İginio Straffinin sevimli hekayələrinin motivləri əsasında yeni Moskva myuzklı. Yerdən olan kürən saçlı qızın maraqlı macəraları - rəfiqələrlə görüşü, ilk uğurları, ilk yalnışları, ailəsini axtarması, ilk məhəbbəti və ilk sehrbazlığı. Rəqslər, mahnılar, orijinal səhnə quruluşu Pəri Klubunun üzvlərinə Cadugərlər və Əcinnələr Dünyasında qalib olmaq üçün kömək edəcək!
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Uilyam Şekspirin pyesi əsasında "Riçard III" tamaşasının premyerası olacaq. Tamaşa Uilyam Şekspirin 450 illiyinə həsr edilib və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
26 dekabrdan 5 yanvara qədər Rus Dram teatrında "Yeni il gecəsinin sehri" adlı yeni il tamaşası göstəriləcək. Tamaşada iştirak edir: Bella Safina, Raul Turkkan, Oleq Əmirbəyov, Teymur Rəhimov, Tamilla Abutalıbova, İnna İmranova, Həcər Ağayeva, Ramil Əliyev, Cövdət Şükürov, Elşad Murtuzov, Safa Mehdi, Yeganə Hüseynli, Fatima Əliyeva, Olqa Arsentyeva, Mariya Duboviskaya, Olesya Qasımova, Maya Vorobjanskaya, Murad Məmmədov, Yuriy Omelçenko, Rüstəm Kərimov, Fərid Bayramov, Mədinə Mullayeva, Fəridə Nesterenko, Zaur İskəndərov.
Azərbaycan Dövlət Musiqili Teatrı yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" tamaşasının premyerasını təqdim edəcək. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Əskər Əskərovdur. Tamaşada Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salmanova, Moyle Mirzəliyeva, Gültac Əlili, Hüseyn Əlili iştirak edir.
1 iyun Heydər Əliyev Sarayında Moskva Teatrının qastrolu olacaq. Teatr tamaşaçılara "Bremen musiqiçiləri" ailəvi myuzklını təqdim edəcək. Bu myuzkl ailəvi nümayiş üçün nəzərdə tutulub. Qırx il əvvəl tamaşa ekranlara azadlıq udumu kimi, ilk sovet rok-operası kimi çıxmışdı. Bugün myuzkla baxmağa o cizgi filminin ilk tamaşaçıları gəlir. Bu dəfə öz nəvələri ilə birlikdə.
Oğlanlar və qızlar, həmçinin onların valideynləri, hər biriniz Çipollinonun Macəraları və Çəkməli pişik nağıllarını yəqin ki, xatırlayırsınız. Məktəb yaz tətilləri və Novruz bayramı ərəfəsində Bakıda ilk dəfə Rus Dram Teatrının səhnəsində Moskva uşaq teatrlarının aparıcı artistlərinin "Çippolinonun Macəraları" və "Çəkməli pişik" tamaşalarının premyerası ilə qastrolu olacaq.
25 aprel Bakıda "Kişilər. Gizli dinlənənlər" tamaşası göstəriləcək. Bir dənə də qadın rolu olmayan, dostluq və incəsənət haqqında bu qəribə komediya 1994-cü ildə Yasmina Reza tərəfindən qələmə alınıb. Pyes tezliklə 35 dilə tərcümə edilir, ilin sensasiyası adlandırılır və Fransanın ən prestijli Comedie de Champs Elysees teatrında səhnələşdirilir. Üç dost rollarını Pyer Arditti, Pyer Vanek və Jan Lui Trentinyan ifa edir. 1997-ci ildə isə fransız rejissor Patris Kerbrat İqor Kostolevski, Mixayıl Yanuşkeviç və Mixayıl Filippovla tamaşanın rus variantını səhnələşdirir.
25 aprel Opera və Balet Teatrında "Dovşan Qardaşın ad günü" tamaşası göstəriləcək. Dünya şöhrətli hiyləgər, yalançı və kələkbaz Dovşan Qardaş öz doğum günündə dostları sevindirmək, özünü layiqincə təqdim etmək üçün maraqlı şou düzəltmək qərarına gəlir! Qonaqlığa dünya cizgi filmlərinin "ulduzları" dəvət edilib!
Bakıda ilk dəfə! Yalnız bir gün, 23 may Opera və Balet Teatrının səhnəsində "Barboskinlər hiperfəzada"! "Barboskinlər hiperfəzada" interaktiv, əyləncəli tamaşası həm uşaqlar, həm də onların valideynləri üçün maraqlı olacaq. "Barboskinlər" cizgi filminin populyar personajları gözlənilməz və fantastik vəziyyətlərlə qarşılaşacaqlar.
Bakıya ilk dəfə "Keçə çəkmələr yeri necə qızdırdı" tamaşası ilə "Kirpilər" teatrı (Yaroslav ş., Rusiya) gəlir. Rusiya və Beynəlxalq teatr festivalları laureatları və diplomatları, RF-nın əməkdar artisti Yaroslav Uzenyuk və artist Danila Morozovadan kuklaların iştirakı ilə tamaşa göstəriləcək.
Afişa
Video
Məlumat kitabçası
- Mətbəx:Avropa
- Ünvan:F.Bayramov küç.,4
- Mətbəx:Türk
- Ünvan:M.İbrahimov küç.,1
- Mətbəx:
- Ünvan:Mardanov Qardaşları küç., 15
- Mətbəx:
- Ünvan:Xəqani küç., 53
- Mətbəx:
- Ünvan:28 May küç., 18
- Mətbəx:
- Ünvan:C.Cəbbarlı küç. 50C






