Elan Teatr
Teatr
Təzə gəlin

  

Bu gün Dövlət Gənclər Teatrının binasında "Ər və arvad" iki hissəli komediyasının əsasında "Təzə gəlin" adı ilə səhnələşdirilən komediya müasirləşdirilmiş ampulada tamaşaçılara təqdim ediləcək. Tamaşanın başlanğıcında bütün əhvallar sanki müasir dövrdən xəbər verir. Haradasa ötən yüzilin bu vaxtlarındakı əhvalla indiki əhvalın eyniliyi, dəyişməzliyi tamaşada ifadəsini tapır. 

"Su pərisi" tamaşası.

Su Pərisi " tamaşası yazıçı-dramaturq F.Mustata tərəfındən yazılıb. Rejiser Rəhman Əlizadə bu pyesi absurd komediya janrında səhnəyə qoyub. Tamaşada Su Pərisi haqqında danışılır, onu dənizdən tutub insanlar arasında yaşamağa məcbur etmək istəyirlər.Amma Su Pərisi dənizsiz yaşaya bilmir və əsərin sonunda dənizə qayıdır. Tamaşa qadınların həyatından bəhs edir.

"İstək" tramvayı

Artıq gənc olmayan, lakin heç də cazibəsini itirməyən Blanş Dübüa, Yeni Orleanda əri Stenli ilə kasıb bir məhəllədə yaşayan hamilə bacısının yanına gəlir. Blanş bacısına müflis olduğunu, işini tərk etdiyini və yaşamağa evi olmadığını deyir.

“Qağayı” tamaşası

Mart ayın 12-də Azərbaycan Russ Dram Teatrın səhnəsində A.P. Çexovun “Qağayı” əsəri əasənda  eyniadlı tamaşa səhnələşdiriləcəkdir. 

“Şelkunçik” tamaşası

Marini sakitləndirmək üçün xaç atası ona Şelkunçik kuklasını  hədiyyə edir. Kuklayla oynayar kən lap yorulub Mari yuxuya gedir, və yuxuda nağıllar aləminə düşür. Əlindəki kukla birdən gözəl pir prinsə dönüb, düşmənlər ilə dava dalaşa çıxır. O siçanların padşahı ilə döyüşərkən onu öldürü və Marini xilas edir...

Mən, Məhəmməd Füzuli (Əfğan)

"Yuğ" teatrı yeni mövsümü sentyabr ayının ortalarında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirilən "Mən Məhəmməd Füzuliyəm" tamaşası ilə açılıb.
Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlunun məlumatına görə, artıq məşqlərinə başlanılan tamaşa 7 gənc rejissorun birgə əməyi nəticəsində hazırlanıb.

«Yeddi məhbusə anası»

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı «Yeddi məhbusə anası» adlı yeni tamaşası səhnələşdirilir. Yazıçı Əli Əmirlinin eyni adlı pyesi əsasında rejissor Oruc Qurbanov tərəfindən səhnələşdirilən əsər xalq artisti Afaq Bəşirqızının 50 illik yubileyinə həsr olunur.

"Arşın Mal Alan" tamaşası

Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

"Fizulı və Əsmər" tamaşası

Rəşid Behbutov adına mahnı teatrında, Akademik Dram Teatrın təqdimatında, "Fizulı və Əsmər" adlı 2 hissəli tamaşası səhnələşdiriləcək. Mir-Mehdi Seyidzadənin eyni adlı əsəri əsasında qoyulan bu tamaşanın əsas məzmunu məhəbbət hekayəsidir.

Uçqun

Şərqi Anadoluda dağ massivləri ilə əhatə olunmuş kənddə, yerli əhali ucadan danışmır, qəhqəhə çəkib gülmür, başqa sözlə, çalışırlar ki, səs-küy salmasınlar. Səbəbi isə səs dalğaları qar uçqunu yarada bilməsidir. Bu hadisədə ən qeyri-adi hal isə qar uçqununun ilin 9 ayı ərzində baş verə bilməsidir… Yalnız ilin 3 ayı ərzində əhali qışqırmaq, silahdan atəş açmaq, toy etmək, uşaq dünyaya gətirmək imkanına malikdir. Yəni onlar öz emosiyalarını ilin təhlükəsiz 3 ayında büruzə verə bilərlər…

"Aydın" tamaşası

Cəfər Cəbbarlının ən məşhur dram əsərlərindən biri "Aydın" (1919-cu il) faciəsidir.Əsərin qəhrəmanı Aydın Cabbarlının yaratdığı ilk romantic surətdir. Aydın mühəndisdir, lakin yoxsuldur və o, şöhrətlənmək istəyir. Aydın ona güclü rəqib olan varlı Dövlət bəylə üzləşir. Dövlət bəy onu həm mənəvi cəhətdən, həmdə cismən məhv edir. Aydının həyat yoldaşı Gültəkin günah işlədiyini dərk edərək özünü öldürür.

"Hekayəti-Xırs quldurbasan"

Dramın mövzusu kənd həyatından alınmışdır.Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur.Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır.Onlar bir-birini sevirlər.Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır.Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün tarverdini öyrətdirib quldurluğa göndərir.Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur.
 

"Qırmızı Papaq"

Fransız yazıçısı Şarl Perronun eyni adlı nağılı əsasında "Qırmızı Papaq" adlı uşaq tamaşasının səhnə quruluşu olacaq. Tamaşada Qırmızı Papaq adında qızın əhvalatınan söz gedir. Günlərin bir günü Qırmızı Papaq nənəsinin yanına getməyə qərar verir. Çantasını şirin pirojnalarla doldurub yola düşür. Yolda ona bir canavar rastlaşır. Onun hara getdiyini öyrənib canavar qaçıb Qırmızı Papağın nənəsini yeyir...

"Ölülər"

"Ölülər" pyesinin əsas məzmunu, kiçik bir şəhərin əhalisinin bir neçə vaxt əvvəl Məşhədə ziyarətə gedən və orada rəhmətə gedən Kərbəlay Fətullanın dirilməsinə valeh olub, aldanmasıdır. Onu dirildən Şeyx Nəsrulla şəhərdə ölənlərin hamısını dirildəcəyinə söz verir. Kimilər sevinir, kimilər isə buna heç də şad olmurlar...

"Xurşidbanu Natəvan"

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin 95 illiyi münasibəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Xurşidbanu Natəvan" tamaşasını nümayiş etdirəcək. Tamaşanın qurulşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov. 

"Qu gölü" baleti

Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində klassik balet sənətinin ən dəyərli nümayəndələrindən biri - P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası oynanılacaq.

"Səni görüm" tamaşası

"Yuğ" Dövlət Dram Teatrının rejissoru və aktrisası İradə Səyyan "Səni görüm" tamaşası üzərində işləyir. Teatrın bədii rəhbəri Vaqif İbrahimoğlunun verdiyi məlumata görə bu böyük səs-küyə səbəb olacaq tamaşadır.

"Morozko" tamaşası

Russ Dram Teatrının səhnəsində uşaqlar üçün rus nağılı əsasında "Morozko" tamaşası göstəriləcək. Bu musiqili tamaşa ögəy ananın qəddarlığından, yaxşı və pisin mübarizəsindən və qış nağılından bəhs edir.

"Arzular yerinə yetirlər!" tamaşası

Rus Dram Teatrın səhnəsində "Arzular yerinə yetirlər!" tamaşası səhnələşdiriləcək. Bu tamaşa sadəcə fantastik hadisələrdən toplanmış əsərin səhnə qoyuluşu yox, həmçinin insan problemlərini üzə çıxaran kiçik bir həyata baxış kimidir.

“Çılğın qaskoniyalı” tamaşası

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi bəstəkar Qara Qarayevin yeni quruluşda səhnələşdirilən “Çılğın qaskoniyalı” tamaşasının səhnə quruluşunu keçirəcək. İki hissəli operettanın quruluşcu rejissoru Cənnət Səlimova, quruluşcu drijoru Nazim Hacıəlibəyov, quruluşcu rəssamı İsmayıl Məmmədovdur.

Afişa

Video

Məlumat kitabçası

Rocca
  • Mətbəx:İtaliya
  • Ünvan:Əziz Əliyev küç.,11
Cafe Glouton
  • Mətbəx:Avropa
  • Ünvan:A.Ağayev küç.,1
Konti Pub
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:Nizami küç., 117
Chill Point
  • Mətbəx:
  • Ünvan:Nizami küç, 54 A
Imaginarium
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)
The Entertainer
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., 151, Port Baku Mall (3-cü mərtəbə)