Elan Teatr
Teatr
"Məlikməmməd və sehrli almalar" tamaşası

Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində "Məlikməmməd və sehrli almalar" tamaşasının premyerası olacaq. Tamaşa "Məlikməmməd" Azərbaycan xalq nağılı əsasında səhnələşdirilib.

"Şəhrizadın daha bir gecəsi" tamaşası

Aprelin 19-də Səməd Vurğun adına Rus Dram Teatrında Şərq nağıllar aləminə səyahət olacaq. Teatr "1001 gecə" nağıllarının motivləri əsasında "Şəhrizadın daha bir gecəsi" adlı tamaşanın premyerasını nümayiş etdirəcək. Tamaşanın ideya müəllifi və rejissoru xalq artisti İranə Tağızadədir. Pyesi Valentina Reznikova hazırlayıb. Şəhrizad rolunda əməkdar artist Ayan Mir-Qasımova, Şəhriyar rolunda isə əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

"Kral Tref -sevgi xəritəsi" tamaşası

21 aprel Bakıda ilk dəfə Rus Dram Teatrında Rusiyanın populyar artistlərinin, xalq artisti Emmanuil Vitorq və Anjelika Aqurbaşın "Kral Tref -sevgi xəritəsi" tamaşası ilə qastrolu olacaq.

Uşaqlar üçün klounada

Əziz valideynlər, yenə də istedadlı kloun və aktyor Fyodor Makarov (İsrail) Bakıya gəlir. Uşaqlar və valideynlər üçün interaktiv görüş: məşhur Qırmızı papaq nağılının qəhrəmanları pantomimada təsvir olunacaqlar. Teatr klounadası bayramı 4 yaşdan yuxarı hər kəs üçün keçirilir.

"Müasir?" performans

YARAT və Litvanın “Arts Printing House” Mərkəzi böyük məmnunluq hissi ilə “Müasir?” (“Contemporary?”) adlı performansı təqdim edirlər. Artıq “Qızıl Səhnə Xaçı” ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Martın 15-də isə performans ifaçılarından biri olan Agnė Ramanauskaitė tərəfindən rəqs məşğələsi də keçiriləcək.

"21.15 qatarı" tamaşası

14 aprel Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dramaturq Toyqun Orbayın pyesi əsasında "21.15 qatarı" tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru -əməkdar incəsənət xadimi Bəhram İsmayılov; işıq üzrə rəssam -Rafael Həsənov.

“Nadir şah” tamaşası

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yazıçı-publisist Yunus Oğuzun “Nadir şah” romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın premyerasını təqdim edir. Quruluşçu rejissoru Gümrah Ömərin olduğu tamaşada baş rolu- Nadir şahı xalq artisti Ramiz Novruz və əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) ifa edir.

“Silindr” tamaşası

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Ramiz Novruzun rejissoru olduğu, Eduard de Filipponun “Silindr” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa göstəriləcək. Tamaşada xalq artisti Ramiz Novruz, əməkdar artistlər -Münəvvər Əliyeva, Kazım Abdullayev və Məzahir Cəlilov, aktyorlar -Anar Qeybatov, Rövşən Kərimduxt, Şəhla Əliqızı, Ləman İmanova, Dilarə Nəzərova, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Ülvi Həsənov və başqaları iştirak edir.

"Məhəbbət üçbucağı" tamaşası

16 may Rus Dram Teatrının səhnəsində "Məhəbbət üçbucağı" fransız komediyası təqdim ediləcək. Tamaşa yalnız böyüklər üçün nəzərdə tutulub. Buna görə də 18 yaşa qədər olan şəxslər müraciət etməsin.

"Dünya xalqlarının musiqi alətləri və mahnıları" tamaşası

Bakıya yenidən "Dünya xalqlarının musiqi alətləri və mahnıları" adlı musiqili proqramla "Bilikli Ayı" teatrı gəlir. Musiqili proqramda iştirak edir: fleyta bloku, tin-vistl, arfa, qusli, təkərli lira, skripka, Afrika peolu, kalimba, varqan, tütək, buzuki, pimak, burunla ifa edilən fleyta, həmçinin müxtəlif xalqların mahnıları və musiqiləri (rus, finsk, eskimos, hind, irland, Afrika), sonda isə eskimos nağılı.

"Cəsur Yeqor haqqında rəvayət" tamaşası

Georgia Pobedonostsev haqqında rus xalq şeirləri və nağıllarının motivləri əsasında kukla tamaşası. Tamaşa böyük yeşiyin içərisində göstərilir. Şamlar yanır, musiqi alətlərində musiqilər ifa edilir.

"Ağ babanın nağılı" tamaşası

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Ağ babanın nağılı” tamaşasının premyerası olacaq. Tamaşa Azərbaycan xalq nağılı "Qoca ilə Şir"in motivləri əsasında səhnələşdirilib. Tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı İqbal Əliyev, bəstəkar -əməkdar artist Anar Hüseynlidir. Tamaşada teatrın aparıcı aktyorları - əməkdar artist Rəhman Rəhimov, aktyorlar -Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli iştirak edir.

“Mənim günahım” tamaşası

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib və onun yaradıcılığına yaxından bələd olan bir sənətkardır.

"Keçmişdən zəng" tamaşası

Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı əsəri əsasında hazırlanan "Keçmişdən zəng" tamaşası göstəriləcək. Janrı «birhissəli tragikomik virtual oyun» kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin çoxu gənclərdir.

“Favn və əzəmətli nimfa” rəqs performansı

YARAT Təşkilatı və Azərbaycanda Fransız İnstitutu fransız rəqqas və xoreoqrafı Emanuel Hüinin ifasında “Favn və əzəmətli nimfa” adlı müasir rəqs performansını təqdim edirlər. Performans 1912-ci ildə Parisin Şatle teatrında ilk premyerası olmuş xoreoqraf Vaslav Nijinskinin “Favnın günortadan sonra istirahəti” bir aktlı baletinə istinadən hazırlanıb. Baletin dekorasiya və kostyumları rəssam Leon Bakst tərəfindən hazırlanıb, fototipiyalar (dekorasiyaların xüsusi nümayiş növü) isə Adolf de Meyerindir.

"Boy" tamaşası

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşası nümayiş olunacaq.

"Audensiya" tamaşası

Azərbaycan Dövlət “Yuğ” Teatrında Vaqif İbrahimoğlunun mətni əsasında hazırlanan “Audensiya” tamaşası nümayiş olunacaq.

"Gözəllik kraliçası" tamaşası (Lineyn trilogiyası)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Oskar" mükafatı laureatı Martin MakDonaxın "Lineyn trilogiyası" əsəri əsasında hazırlanmış "Gözəllik kraliçası" tamaşası nümayiş etdiriləcək.

"Konnemarada bir kəllə" tamaşası (Lineyn trilogiyası)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Oskar" mükafatı laureatı Martin MakDonaxın "Lineyn trilogiyası" əsəri əsasında hazırlanmış "Konnemarada bir kəllə" tamaşası nümayiş etdiriləcək.

"Hamlet" tamaşası

Dövlət pantomima teatrı U.Şekspirin eyniadlı pyesi əsasında "Hamlet" tamaşasını təqdim edəcək. Rollarda: əməkdar artist Azər Axşam, aktyorlar Bəhruz Əhmədli, Əli Əlizadə, Elman Rəfiyev, Nargilə Qəribova, Sabirə Həsənova və Solmaz Bədəlova.

Afişa

Video

Məlumat kitabçası

1001 Gece
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Şixov qəsəbəsi
Pivko
  • Mətbəx:Avropa
  • Ünvan:Şövkət Məmmədov küç.,117
Confetti Club
  • Mətbəx:
  • Ünvan:Xəqani küç., 53
IN Club
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç., 34
Liadro
  • Mətbəx:
  • Ünvan:28 May küç., 7A
Ev Konsepti
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)