Elan Teatr
Teatr
"Sonuncu ehtiraslı sevgili"

Fevralın 2si gənclər günü , Rus dram teatrının səhnəsində Nik Saymonun pyesi əsasında sonuncu ehtiraslı sevgili tamaşası oynanılacaq. Bədii rəhbər rolunda xalq artisti, Yaroslavl teatr məktəbinin məzunu Yuriy Baliev çıxış edib. Rejisser rolunda - aktyor İlkin Mextiyev. Biletləri şəhərin kassalarından əldə edəbilərsiniz.

“Dovşanın ad günü” tamaşası

Gənc Tamaşaçılar Teatrında “Dovşanın ad günü” tamaşasının yeni quruluşda premyerası keçiriləcək. Məlumata görə, görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunan tamaşa əsaslı bərpa olunaraq yenidən repertuara daxil edilib.

Madam Batterflyay

Böyük italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operası musiqili verizm nümunəsidir. Uzun illər boyu İtaliya teatrında tətbiq olunmuş süjetli fantastikaya qarşı Puççini bu tamaşada sadə insanların sevinc və kədərlə dolu real həyatının təsvir etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Madam Batterflyay” operasını ilk dəfə 1968-ci ildə rejissor P.Tveretskinin quruluşunda səhnəyə qoymuş, 1981-ci ildə quruluş bərpa edilmişdir.

WHIST VR/ rəqs tamaşası AФЕ Dance Company

1-6 may tarixləri arasında Goethe-Zentrum Bakı Azərbaycanda fiziki teatrı, interaktiv virtual reallığı (VR) və artırılmış reallığı (AR) birləşdirən "WHIST" unikal tamaşasını təqdim edəcək. Ziqmund Freydin psixoanaliz sahəsində yaradıcılığından ilhamlanan "WHIST" insanın instinktlərinin sürreal arzu və qorxuların nəqli vasitəsi ilə idarə olunan şüursuzluğa səyahətə dəvət edir. Bir saat davam edəcək bu qeyri-adi təcrübə şüur və şüursuzluq, reallıq və uydurma, fiziki və virtual arasındakı sərhədləri silir. Sinematik və interaktiv 360° filmlə sənət və səs instalyasiyalarının birləşməsi vasitəsilə siz xəyallar aləminə daxil olacaqsınız. Tamaşa 76 mümkün ssenaridən birinin prizmasından baxaraq bir ailənin tarixçəsini izləməyə imkan verir. Hekayələr individual, şüuraltı seçimlər əsasında inkişaf edir.

Cirque Eloize sirki Cirkopolis şousu

Kanadanın məşhur Cirque Eloize sirki Cirkopolis şousu ilə ilə Bakıya gəlir. Sevgi hekayəsi və inanılmaz tryuklar, dərin fəlsəfə və küçə rəqsi, virtuoz jonqlyorluq, musiqi və plastika dili, gimnastika və balet elementləri ilə Cirkoplis izləyiciləri heyran etməyə hazırdır. Cirque Eloize-in Bakıda çıxışı 22-23 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz. 

“Leyli və Məcnun”

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Şərq və müsəlman aləmində ilk opera tamaşasıdır. Bu opera ilk dəfə 1908-ci il yanvarın 12(25) səhnəyə qoyulmuşdur. Həmin vaxtdan fasilasiz olaraq 102 ildir ki, “Leyli və Məcnun” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarıda möhkəm yer tutur. 2008-ci ildə bütün musiqi ictimaiyyəti “Leyli və Məcnun” opersının 100-illik yubileyini böyük təntənə ilə qeyd etmişdir.

YARAT Teatr Klubu: "Araqarışdıran", "10 sm" və "Küləfirəngi"

Dostlar! Bir ay ərzində YARAT Teatr Klubunun peşəkar və həvəskar aktyorları, istedadlı rejissor və "ADO" Kollektivinin təsisçisi Elmin Bədəlovla tamaşa hazırladılar. Tamaşa, YARAT Mərkəzində sərgilənən Aida Mahmudova və Mikelancelo Pistolettonun əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.

Arşın Mal Alan

Adı dillər əzbəri olan, 4 dəfə ekran üzü görmüş və müxtəlif ölkələrdə səhnəyə qoyulmuş dahi bəstəkar Üzeyir Hacıbəyovun sonuncu operettalarından hesab olunan "Arşın Mal Alan"-ı bilməyən yoxdur. Kimisi filmini, kimisi tamaşasını izləmişdir. Bəs marionet kuklaların təqdimatında necə? “Yox, ancaq izləmək xoş olardı” deyirsinizsə sizi 9 Dekabr saat 18:00-da Bakı Marionet Teatrında "Arşın Mal Alan" operettasının marionet quruluşlu tamaşasını izləməyə dəvət edirik.

"Limbo"

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İsmayil İmanın müəllifi olduğu 5 pərdəli interaktiv tamaşa təşkil edir. Tamaşanın premyerası 15 sentyabr 2018-ci il tarixdə Azərbaycan Xalça Muzeyində keçiriləcəkdir. Tamaşaçılar naməlum məkanda olan yeddi obrazın hekayəsi ilə tanış olacaqlar; hər bir obrazın həyatda bərpa olunması mümkünsüz olan özünəxas itkiləri vardır.

"Şirinlər" tamaşası

Şirinlər sizi gözləyir! Bütün kiçik qonaqlarımızı, Yanvar ayının 27-i Gənc Tamaşaçılar Teatrında baş tutacaq "Şirinlər" tamaşasına gözləyirik! Səma rəngli qəhrəmanların bəşx edəcəyi əyləncə və gülüş dolu bir günə hazır olun! Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz

«Qaratoxmaq qadın»tamaşası

Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin «Qaratoxmaq qadın» povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq. Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda «Qaratoxmaq qadın» tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və «Qaratoxmaq qadın»ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Komdeyiya "Cənnətə necə düşmək olar"

Mayın 31-də Opera və Balet Teatrında "Cənnətə necə düşmək olar" adlı bir triller və mistifikasiya elementləri olan komediya təqdim ediləcək.

İnteraktiv Şou-tamaşa – "Sonic və Dostları"

Sizi mayın 7-də "Sonic və Dostları" interaktiv şou-tamaşasında iştirak etməyə dəvət edirik. Tamaşada iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur, ona görə də siz övladlarınızla gəlib onlarla birlikdə onların sevimli cizgi filmi personajlarını izləyə bilərsiniz.

"Arşın Mal Alan" musiqili komediya

Aprelin 26-da Azərbaycanın dahi bəstəkarlarından olan Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyası nümayiş olunacaq.

Afişa

Video

Məlumat kitabçası

Malacannes
  • Mətbəx:
  • Ünvan:Rəsul Rza küç., 11
Chayki Restaurant
  • Mətbəx:Avropa
  • Ünvan:Neftçilər pr.,24/1
F-Club
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:F.Xan Xoyski küç.106
Kn House
  • Mətbəx:
  • Ünvan:Salatın Askerova küç., 161
Scoop Emporium
  • Mətbəx:
  • Ünvan:Z.Tağıev küç., 2
The house of Villeroy & Boch
  • Mətbəx:
  • Ünvan:28 May küç., 6