Elan Konsertlər
Konsertlər
Prezident təqaüdçülərin konserti

Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Prezident təqaüdçülərin konserti keçiriləcəkdir.

Kamera Orkestrin konserti

10 noyabr Azərbaycan dövlət Filarmoniyasında Qara qarayev adına Dövlət Kamera Orkestrin konserti keçiriləcəkdir. Dirijor - Teymur Göyçayev.

Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunacaq konsert

Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunacaq Üzeir Hacıbəyov adına Dövlət Simfonik Orkestrin konserti keçiriləcəkdir. Baş dirijor və bədii rəhbər - Eyyub Quliyev. Konsertdə həmçinin Dövlət Xor Kapellasıda çıxış edəcəkdir. Bədii rəhbər - Gülbacı İmanova.

Xalq Çalğı Alətləri Orkestrin konserti

Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunacaq Dövlət Xalq Çalğı Alətləri Orkestrin konserti keçiriləcəkdir. Baş dirijor və bədii rəhbər - Ağaverdi Paşayev.

Dövlət Simfonik Orkestrin konserti

Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunacaq Üzeir Hacıbəyov adına Dövlət Simfonik Orkestrin konserti keçiriləcəkdir. Baş dirijor və bədii rəhbər - Fəxrəddin Kərimov.

“Əsrarəngiz sazım, sözüm mənim” aşıq konserti

Heydər Əliyev adına Saray Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə “Əsrarəngiz sazım, sözüm mənim” adlı konsert proqramı təqdim edəcək. Aşıqlar – Cahangir Quliyev, Ulduz, Tərmeyxan Qurbanov, Əhliman Rəhimov, Telli Borçalı, Gülarə Azaflı, Ədalət Dəlidağlı, Altay, İlham Aslanbəyli, Dəmir Vəliyev, Zülfiyyə İbadova, Samirə Əliyeva, Avdı Musayev, Nemət Qasımlı, Şöhrət Kərimov, Mehdi Məsimov, Əli Tapdıqoğlu, Qələndər, Azər Xanlaroğlu, Vüqar Mahmudoğlu, Ramin Qarayev və Fəzail Miskinli maraqlı proqramla çıxış edəcəklər.

Bakıda Vaqif Mustafazədəyə həsr olunan gecə keçiriləcək

Dekabrın 16-da Bakı Caz Mərkəzində görkəmli Azərbaycan musiqiçisi, "Caz-muğam"ın banisi Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Gecənin proqramına V. Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi, məşhur "Sevil" ansamblının üzvü Rəna Talıbovanın, "Retro-Sevil" ansamblının çıxışları daxildir. Gecə Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə fondu ilə birgə təşkil olunur.

"Choose yourself" Rock & Rap konserti

5 dekabr Vətən kinoteatrın səhnəsində gənclər arasında narkomaniyaya qarşı mübarizəyə həsr olunacaq "Choose yourself" adlı Rock & Rap aksiya-konserti keçiriləcəkdir. Konsertdə rok gruppalar və rep ivaçıları çıxış edəcəklər. Konsertin təşkilatçısı - "728 Production". Biletləri "Crazy" və "Enigma" magazinlərindən əldə etmək olar. Əlaqə telefonlar: (+994 50) 578 76  02, (+994 50) 510 56 46, (+994 55) 866 40 40. 

Özcan Dənizin konserti

Türk estradasının ulduzu, müğənni, aktyor və bəstəkar Özcan Dənizin çoxdan gözlənilən konserti 14 aprel Heydər Əliyev adına Sarayın səhnəsində keçiriləcək.

Əmir Elsəfərin çıxışları

Bakı Caz Mərkəzinin səhnəsində hər bazar axşamları siz sevdiyiniz caz musiqisini Nyu-Yorkun ən parlaq və koloritli cazmen, boruçu Əmir Elsəfərin ifasında dinləyə bilərsiniz. Onunla birgə çıxış edəcəklər - Ruslan Hüseynov (bas gitara), Elçin Şirinov (fortepiano), Vagif Əliyev (zərb alətləri).

Nəzakət Teymurovanın konserti

19 dekabr Heydər Əliyev adına sarayda Azərbaycanın Xalq və Əməkdar artisti, Opera və Balet teatrın solisti Nəzakət Teymurovanın konserti keçiriləcəkdir. Qeyd edək ki, Nəzakət Teymurova artıq bir sıra ölkələrdə konsert programı ilə çıxış etmiş, Türkiyədə "Leyli və Məcnun" operasında Leyli rolunu ifa etmişdir.

Tofiq Quliyevə həsr olunan gecə

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi keçiriləcək. Sözügedən gecə Azərbaycanın xalq artisti, estrada musiqisinin banilərindən biri Tofiq Quliyevə həsr olunub.  

Rain Sultanovun konserti

Əziz Bakı həhli və şəhərimizin qonaqları, hər cümə axşamı Bakı Caz Mərkəzində caz musiqisi sevənlər üçün Rain Sultanovun (Saksofon), bas gitarada musiqili programla çıxış edir. Konsertin startı - saat 21:00-da.

Elçin Şirinovun konserti

Əziz Bakı həhli və şəhərimizin qonaqları, hər şənbə Bakı Caz Mərkəzində caz musiqisi sevənlər üçün Elçin Şirinov pianoda konsert programla çıxış edir. Konsertin startı - saat 21:00-da.

Fabris de Falkonun konserti

Beynəlxalq Muğam Mərkəzində Fransa müğənnisi, lirik soprano sahibkarı Fabris de Falkonun, pianoçu Loran Coşum və fleytaçı katrin Dyuprenin iştirakı ilə konsert verəcəkdir. Konsert programda Vivaldi " Stabat Mater", Perqoleze "Salve Regina" operalarından ariyalar səslənəcəkdir.

Roller idmanı və Skeytbording üzrə turnir

22 noyabr Bulvarəın Azneft meydanı ərazisində Roller idmanı və Skeytbording üzrə turnir keçiriləcəkdir. Yarış konsert və şou-programla - rok gruplar və rep komandaları, Dj-lər ifası, perkur və brekdance ilə müşayiət ediləcəkdir. Turnirin açılış mərasimi 17:00, konsert və şou-programın startı 21:00.

Lyubov Uspenskayanın konserti

Ölkənin baş konsert zalı Heydər Əliyev adına Sarayda Rus estradasının ulduzu Lyubov Uspenskayanın konserti keçiriləcəkdir. Rus şansonun Kraliçası adını daşıyan bu cazibədar müğənni Layma Vaykulenin konsert təşkilatçıları tərəfindən dəvət olunur. Qeyd edək ki, Layma Vaykulenin konsertinə alınan bütün biletlər bü konsertdə e`tibarlıdır.

"Sadnos" group`dan konsert

Bütün Milli rok pərəstişkarların nəzərinə! 22 noyabr saat 20:00-da "The Corner" barda sizləri möhtəşəm və unudulmaz "Sadnos" grupun ifası gözləyir.

Rock konsert "Dark Line IV"

13 dekabr saat 17:00-da "Napoli" restoranında "Dark Line IV" rok konserti keçiriləcəkdir. Konsertdə çıxış edəcəklər: "The Nails", "Азазель", "Возмездие" və "Yoptyporcha" grupları. Konsertin təşkilatçısı - "Dark Line". Əlaqə nömrələr: (+994 55) 670 51 17, (+994 55) 757 94 76, (+994 50) 431 51 89.

Video

Məlumat kitabçası

Jasmin terrace
  • Mətbəx:Desertlər
  • Ünvan:M.Rəsulzadı küç
Meating Point
  • Mətbəx:Avropa
  • Ünvan:Fəvvarələr Meydanı (Araz kafesinin yanı)
Black Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Abdulla Şaiq küç., 241
Nargile tea club
  • Mətbəx:Azərbaycan
  • Ünvan:T.Xəlilbəylə küç., 3
Grafika
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)
Seiko
  • Mətbəx:
  • Ünvan:SUM, 2-ci mərkəzi