Elan Konsertlər
Konsertlər
Freestyle: Etno hip-hop

Yaradıcı gənclərə dəstək olan YARAT, payızın sərin ovqatına istilik qatmaq istəyən musiqi sevərləri “Etno hip-hop” adlı konsertə dəvət edir. Musiqili gecədə xalq mahnıları, klassik, etno caz, hip-hop janrlarının sintezindən ibarət kompozisiyalar və əsərlər səslənəcək.

Denis Matsuyev

8 aprel tarixində dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, YUNESKO-nun Xoşməramlı səfiri – Denis Matsuyev Heydər Əliyev Sarayının səhnəsində solo praqramı ilə çıxış edəcək. Denis Matsuyevın adı rus fortepyano məktəbinin ənənələri ilə, konsertlərin dəyişilməz keyfiyyəti, yaradıcılıq konsepsiyalarının yeniliyi və bədii interpretasiyaların dərinliyi ilə ayrılmaz surətdə bağlıdır. Onu haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri adlandırırlar.

Arturo Sandoval

10 qat Qremmi mükafatı,“Emmi” premiasının laureatı, 6 qat Billbord mükafatına və layiq olan Arturo Sandoval Bakıda 2 mart tarixində Heydər Aliyev Sarayında konsertlə çıxış edəcək. Truba ifaçısı Artur Sandovalın məharətli texniki ifası haqqında çox danışırlar, lakin onun fotepianoda oyununu eşidənlər və ya klassik kompozisiyalarını dinləyənlər bilir ki, Artuto Sandoval - zəmanəmizin ən görkəmli musiqiçi, ən parlaq, geniş və tanınmış ifaçılarından biridir.

Jazz Hall Baku Grand Opening

Sona yaxın olmağına baxmayaraq, 2018-ci il hələ də sürprizlərlə doludur və sizi əyləndirməyə dayanmır! Xüsusən, Jazz pərəstişkarları üçün – cünki, artıq 15 dekabr günü, əfsanəvi Baku Jazz Hall yeni bir təqdimatda qayıdacaq! Böyük ərazi, əvəzolunmaz servis və sevimli musiqi notları hər birnizi sevindirməyə hazırdı! Sizi bizim Gran Opening məclisimizdə gözləyirik!

Fernando & Luis Costa

Dünyaca məşhur Fernando Koşta və Luis Koşta - Portuqaliyalı əkizlərin dueti! Klassik musiqi ifası ilə muğamın sehrli birləşməsinin şahidi olun! Portuqaliyalı əkizlər öz güclü və çoxşaxəli musiqiləri hər bir dinləyicini təsirləndirmək gücünə sahibdirlər.

Rauf Abdullayev & Sergey Doqadin

Hektor Berliozun "Fantastik simfoniyası" (1830, – "Rəssamın həyatından epizod") – ilk romantik proqramlı simfoniyadır. Burada dövrün tipik əhval ruhiyyəsi əks olunub (reallıqla barışmamazlıq, yüksək emosionallıq və həssaslıq). Rəssamın subyektiv təəsüratları simfoniyada ictimailəşdirilir, uğursuz məhəbbət faciə səviyyəsində dəyərləndirilir.

YARAT Freestyle: Azadlıq musiqisi

Dekabrın 20-i, YARAT Müasir İncəsənət Məkanı sizi Fransanın Azərbaycandakı səfirliyi və "Total" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən, Osvensim faşist həbs düşərgəsində musiqi bəstələmiş və faciəvi şəkildə həlak olmuş bəstəkarların xatirəsinə həsr olunan gecəyə dəvət edir. Proqrama Viktor Ulmann, Pavel Haas, Emil Que və İlze Veberin əsərləri daxildir, həmçinin tədbir zamanı dahi bəstəkar Dmitri Şostakoviçin müharibə illərində çəkdiyi bütün iztirabları "özünə hopdurmuş" musiqi əsərləri ifa olunacaq.

5hundred Lounge-da Dj Elvinlə unudulmaz after party

2019-un ilk dəgigələrini bizimlə birlikdə, Divan Express Baku Hotel Zumrud Restoranında, saat 21:00-da möhtəşəm show programla garşılayın! Dj Elvinlə unudulmaz after party, 00:00-da 5 hundred lounge-da. RSRV: +99412 564 25 55. Mob: + 99455 430 87 00 Nərimanov r-nu, Həsənoğlu küç., 15/A, Divan Express BAKU 6-cı mərtəbə.

Cinema Hits Show

Heydər Əliyev Sarayı sizləri Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi, bəstəkar və IP Orchestra layihəsinin rəhbəri İqor Ponomarenkonun rəhbərliyi altında orkestr ifasında təqdim olunan "Cinema Hits Show" konsertinə dəvət edir.

YARAT Freestyle: Ramil Babayev

YARAT Freestyle'ın bu dəfəki qonağı istedadlı musiqiçi və bəstəkar Ramil Babayev olacaq. Ramil Babayev özünün müəllif olduğu musiqi əsərlərini gitara, pianino və harmonika kimi musiqi alətlərində ifa edir. O, 2010-cu ildən Azərbaycanda və digər ölkələrdə keçirilən musiqili layihələrin iştirakçısıdır.

Röya & Miri Yusif

Çox gözləyirdiniz, çox sual verdiniz və budur - çılğın Röya və Miri Yusif dueti sizə "Yaxşı ki varsınız" demək üçün gəlir! Onlar haqqında çox söz yazmaq lazım deyil! Onsuz da bilən bilir ki, bu konsertdə heç kim yerində oturmayacaq!

Könül Xasıyeva "Arzu çoxdur, ömrüm az"

Muğam dolu unudulmaz bir axşam! Azərbaycan Respublikasının həm əməkdar artisti həm də xalq artisti, səsində və ifasında illərin təcrübəsini əks etdirən ustad - Könül Xasıyeva Mart ayının 17-i Heydər Əliyev adına Sarayda "Arzu çoxdur, ömrüm az" konserti ilə çıxış edəcək!

Kəmalə Neymanovanın seriyalı sinif konserti

Sizi professor Kəmalə Neymanovanın seriyalı sinif konsertinə dəvət edirik! Proqram: Dmitri Schostakovich - Piano Trio No.2 e-minor, op.67, Johannes Brahms - Piano Quartet No.1 g-minor, op.25

"Gatsby Orchestra" adlı musiqili şou

Mayın 5-i Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda, elektrosvinq, caz və posmodern janrlarını sevənlər üçün GATSBY ORCHESTRA adlı musiqili şou baş tutacaq.

Emin «GOOD LOVE 2019»

Dekabrın 20-də Heydər Əliyev Sarayında ənənəvi EMIN-in konserti keçiriləcək. EMIN  yanvar ayının sonunda təqdim etdiyi ən son albom "GOOD LOVE 2019" adlı  proqramını təqdim edəcək. Albomun lirik mahnıları yalnız romantik əhval-ruhiyyəni qurur. Daha çox sevgi! Daha yaxşı musiqi və emosiyalar!

"Musiqi centlmeni - Tomas Anders". Konsert

Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək. "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Aleksandr Serovun solo konsert

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq. Məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

Земфира Tribute Konsert

Sizi məşhur müğənni Zemfiraya həsr olunmuş konsertə dəvət edirik. Siz Zemfiranın ən sevilən hitlərini kaver qrupun və xüsusi dəvət olunmuş vokalistlərin ifasında eşidəcəksiniz. Konsert "The Albion" klubunun konsert salonunda keçiriləcəkdir. “Albion” klubu rahatlıq, keyfiyyət, 500 nəfərlik bir zal və münasib qiymətlər deməkdir. Klub şəhərin mərkəzində, MUM`un yaxınlığında, Fəvvarələr Meydanında Araz kafesinin arxasında yerləşir. Klubun yaxınlığında böyük bir “parking” yeri var. Biletin qiyməti: Standart 15 AZN; Oturacaqlar (masalarda) 20 AZN.

Elza Seyidcahan - Sənə bənzər

25 illik səhnə fəaliyyəti! Yaradıcı, zərif və tam fərqli - 28 aprel, Heydər Əliyev Sarayının səhnəsində əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü Elza Seyidcahanın 25 illik səhnə fəaliyyətinə həsr olunmuş konsert proqramı baş tutacaq.

YARAT Freestyle: Sevinc Ağasıyeva konsert

Aprelin 17-i sizi bəstəkar və müğənni Sevinc Ağasıyevanın konsertinə dəvət edirik. Sevinc Ağasıyeva – çoxsaylı mahnıların, instrumental əsərlərin, həmçinin "Mələyin öpüşü" və "Lal yuxu" filmlərinin saundtreklərinin müəllifidir. Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin məzunudur. O, musiqi müəllimi, etiket üzrə ekspert-müəllim və müəllim-motivator kimi fəaliyyət göstərir.

Video

Məlumat kitabçası

Cantinetta Antinori
  • Mətbəx:İtaliya
  • Ünvan:Neftçilər pr.,87
Prive
  • Mətbəx:Avropa
  • Ünvan:Xəqani küç.,14A
Shisha Club
  • Mətbəx:Fast food
  • Ünvan:M. Qaşqay küç., 36
Qrasiya women club
  • Mətbəx:
  • Ünvan:M.Muxtarov küç.,184
Calzedonia
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi (1-ci mərtəbə)
Gallery 2000
  • Mətbəx:
  • Ünvan:C.Cəbbarlı küç. 50C