Elan Konsertlər
Konsertlər
"Made in Baku" stand up comedy

Yalnız bu cümə sıraca  ikinci olan, növbəti musiqili yumoristik şou "Made in Baku" stand up comedy Bakı Əyləncə Mərkəzində baş tutacaqdır. Proyektin yaradıcılıq kollektivi Bakı əhlinə və şəhərimizin qonaqlarına əsl sürprizlər hazırlayıblar. "Made in Baku" 10 aprel start alıb, və elə birinci günnən özünü keyfiyyətli milli şou kimi göstəribdir.

Konservatoriya tələbələrin konserti

Əziz Bakılılar və şəhərimizin qonaqları sizləri Kapelhaus səhnəsində baş tutacaq konsert programına dəvət edirik. Konsert Milli Konservatoriyanın tələbələri Şəhriyar İmanov və Bəhruz Zeynalovun iştirakıları ilə keçiriləcəkdir.

"Orient Xpress" rok-grupun konserti

Nəhayət ki çox gözlədiyimiz  "Orient Xpress" rok-grupun konsert programı baş tutacaqdır. Konsertdə grupun sonuncu albomuna daxil olan mahnılar la birgə, bir neçə yeni premyeraları da səslənəcəkdir. Konsertdən sonra kiçicik live dance-eleсtro set baş tutacaqdır.

Nino Katamadze və "Insight" groupun konserti

31 may Face klubda Nino Katamadze və "İnsight" grupun konserti baş tutacaqdır. Gözəl musiqi ilə bərabər bu gün siz həmçinin fransız mətbəxinin "Nouvelle cuisine" yeməkləri ilə şam yeməyidə edə bilrəsiniz.

Muğam Teatrı 20 yaşı tamam olur

Muğam Teatrı 20 yaşı tamam olur. Yubiley mərasimi mayın 26-da Heydər Əliyev adına Respublika sarayında baş tutacaq. Tədbirdə teatrın yaranma tarixi və fəaliyyəti haqqında danışılacaq, bu münasibətlə tamaşaçılara konsert proqramı təqdim olunacaq. Konsertdə estrada artistlərinin və gülüş ustalarının da iştirakı gözlənilir.

Villi Tokarevin konserti

Rus-Amerikalı manhıların müəllif və ifaçı mügənni Villi Tokarev Dövlət Opera Və Balet teatrın səhnəsində konsert programı ilə çıxış edəcəkdir. Keçmişdə dənizçi, macəraları sevən və natural born self-made man, tanınmış şanson klassikləri sırasında sayılır.

Aygün Səmədzadə konserti

31 may 2009-cu il tarixində, saat 19.00-da Heydər Əliyev adına Sarayda Aygün Səmədzadə "Bakı haqqında naqıl" konserti keçiriləcək. İştirak edirlər: İlhamə, Aygün Kazimova, Lalə Məmmədova, İlqar Muradov, Mətanət İsgəndərli, Teymur Əmrah və. s tanınmış müğənnilər.

Çinarə Şirinin solo konserti

Kappelhaus səhnəsində gənc müğənni Çinarə Şirinin Opera və Balet teatrın solisti Fəridə Əliyevanın iştirakı ilə solo konserti baştutacaqdır. Konsertmeyster - Rimma Mehtiyeva. Musiqi rəhbəri - Respublikanın ənkdar artisti, professor - Hüseyn Əliyev.

28 may Respublika gününə həsr olunmuş konsert

28 may Respublika gününə həsr olunmuş konsert, Azərbaycan-Alman mədəniyyət mərkəzində keciriləcək. Proqramda xalq mahnıları, bəstakar mahnıları və muğamlar səslənəcək!

Azəri qızı Günelin solo konserti

Azəri qızı Günel Bakıya gəldi! Gənc olmağına baxmayaraq, bu istedadlı qız yalnız Azərbaycanın deyil, həmçinin Türkiyənində sevimli müğənnilərindən biri olub. Və nəhayət ki, Günel Vətənində də konsert programı ilə çıxış etdi.

“Ritm Yolları” adlı caz musiqisi konserti

Luiz Armstronq, Dizzi Gillespi və Dyuk Ellinqtonun ənənələrinin davamı olaraq, ABŞ-ın Bakıdakı səfirliyi ABŞ Dövlət Departamenti ilə Linkoln Mərkəzində Caz tərəfindən koordinasiya edilən nüfuzlu musiqi təşəbbüsünün tərkib hissəsi kimi “caz səfirləri”nin yeni nəslini Azərbaycana gətirir. Konsert iyunun 9-da Bakı Caz Mərkəzində təşkil ediləcək.

“Ritm Yolları”nın final konserti

 

Luiz Armstronq, Dizzi Gillespi və Dyuk Ellinqtonun ənənələrinin davamı olaraq, ABŞ-ın Bakıdakı səfirliyi ABŞ Dövlət Departamenti ilə Linkoln Mərkəzində Caz tərəfindən koordinasiya edilən nüfuzlu musiqi təşəbbüsünün tərkib hissəsi kimi “caz səfirləri”nin yeni nəslini Azərbaycana gətirir. 
Konsert iyunun 10-da Landmark Rotunda Konsert Salonunda təşkil edilmişdir.
 

SUVAR ansambln konserti

Qızğın "Ləzginka" rəqsinin və qəlbəyatan ləzgi musiqisinin pərastişkarların nəzərinə! Yalnız bir gün, Dövlət Filarmoniyasının səhnəsində SUVAR Ləzgi mahnı və rəqs ansamblı konsert programı ilə çıxış edəcəkdir. Ölkənin ən yaxşı rəqs ustalarının və mahnı müsabiqələrin laureatları ifası sizlərə unudulmaz təəssüratlar bağışlayacaqdır.

Simfonik Orkestrin konserti

Azərbaycan Dövlət Filarmoniyasında Üzeir Hacıbəyov adına Dövlət Simfonik Orkestrin dirijor Eyyub Guliyevin rəhbərliyi altında konsert programı baş tutacaq. Solist - Ramiz Guliyev (Tarda).

Gitara musiqisi gecəsi

Klasika ilə maraqlanirsiz? Onda siz sözsüz ki klasissik müsiqinin gitarada ifasından zövq alacaqsınız. Nahaq yerə demirlər ki, gitarada ifa edilən müsiqi ən islahedilməz pessimisti də optimistə çevirə bilər. Bu möcüzəli musiqisini dinləmək üçün sizləri Dövlət Filarmoniyasında çirilən "Gitara musiqisi gecəsi"nə dəvət edirik.

Hacı Xanməmmədovunn anadan oluduğu gününə həsr olunacaq konsert

Dövlət Filarmoniyasında tanınmış bəstəkar Hacı Xanməmmədovunn anadan oluduğu gününə həsr olunacaq konsert programı baş tutacaqdır. Konsertdə Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestrin ifasında klassik mahnılar səslənəcəkdir.

Fidan və Xuraman Kasımova bacıların konserti

Opera İncəsənətinin Ulduzları, Fidan və Xuraman Kasımova bacıları sizləri yenidən sevindirməyə tələsirlər. İyun ayının sonun günlərində Opera divaları Filarmoniya səhnəsində konsert programı ilə çıxış eəcəklər. Konsert müğənnilərin müğənnilik sənətlərinin 30 illik yubileylərinə həsr olunacaqdır.

Əjdər İbrahimovun 90 illiyinə həsr olunmuş tədbir

Muzey Mərkəzinin Akt zalında SSSRin artisti, tanınmış kinorejissor Əjdər İbrahimovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Ə. İbrahimovun kinoları minlərlə adamları seyrə yığırdı, bir neçə xarici ölkələrin müsabiqələrində mükafatlar qazanmışdı. Ən tanınmış kinoları: "Onun böyük ürəyi"(1959), "Ulduzlar sönmürlər"(1971), "Sevgim mənim, qəmim mənim" və s.

The Fire of Anatolia

"The Fire of Anatolia" ("Anadolu atəşi") musiqili ecazkar rəqs şousu olaraq bütün dünya üzrə tanınmış və dünya səhnələrin böyük mənmuniyyətlə qəbul etdiyi, qədim Anadolu dünyasının rəqs mədəniyyətini daşıyan, Türk, Azərbayan və Gürcüstanın musiqilərin motivləri əsasında rəqs edən gənc, atəşli və professional rəqqaslardan ibarət bir grupdur.

«Made in Baku» stand up comedy

20 və 21 iyun «Made in Baku» stand up comedy kollektivin növbəti, yəni ki, artıq üçüncü çıxışı olacaqdır! Əməkdar kollektiv sizlər üçün sürprizlər hazırlayıbdır. «Made in Baku» artıq özünü keyfiyyətli gülüş şousu kimi təsdiq etmişdir.

Video

Məlumat kitabçası

Fazza cafe
  • Mətbəx:Ərəb
  • Ünvan:Atatürk Pr.,32A
Cantinetta Antinori
  • Mətbəx:İtaliya
  • Ünvan:Neftçilər pr.,87
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
Shisha Club
  • Mətbəx:Fast food
  • Ünvan:M. Qaşqay küç., 36
Swatch 1
  • Mətbəx:
  • Ünvan:28 May küç. 20
Oasis
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi