Elan Konsertlər
Konsertlər
Dövlət Kamera Orkestrin konserti

Dövlət Filarmoniyasında Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestrin konserti keçiriləcəkdir.

Ramazan bayramı konserti

20 sentyabr, ölkənin baş konsert zalı - Heydər Əliyev adına Sarayda, 30 yaxın Azərbaycanı estrada ulduzların konserti keçiriləcəkdir. Müğənnilər sırasında xalq artistəri - Faiq və Ağadadaş Ağayevlər, əməkdar artistlər - Tünzalə Ağayeva, Səməd Səmədov, Eyyub Yaqubov, Mətanət İskəndərli, Almaz Ələskərova, "Bu şəhərdə" yumor ustaları - Coşqun Rəhimov və Rafael İskəndərov, "Muğam" müsabiqəsinin qalibləri - Babək Niftliyev, Arzu Əliyev və "Cəngi" ansamblı.

Dövlət Mahnı və Rəqs Ansamblın konserti

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblın əməkdar kollektivi, Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orkestrin iştirakı ilə Dövlət Filarmoniyasında konsert verəcəklər. Konsertin bədii rəhbəri - Azərbaycanın Xalq Artisti Afaq Məlikova. Konsertin programında - Eteri Cəfərova, Yadulla Nəsimi, Sevinc Hüseynlı, Təranə Muradova, Niymət Qasımov, Kamilə Əliyeva, Emin Əliyev və Rüfət Xəlilzadənin təqdimatında xalq rəqsləri.

Timati Və Kelli Roulandın birgə konserti

Əziz Bakılılar və şəhərimizin qonaqları 8 oktyabr sizləri unudulmaz şou-program gözləyir! «Tonica Production» təşkilatlığında Heydər Əliyev adına Sarayda Rossiyanın Rep Kralı Timati «Destiny`s child» grupun eks-solisti olan Kelli Roulandla birgə misilsiz konsert programı keçiriləcəkdir. 

«Musica viva» Moskva Kamera orkestrin konserti

23 sentyabr Azər Baycan Dövlət Filarmoniyasında «Musica viva» Moskva Kamera orkestrin konserti keçiriləcəkdir. «Musica viva» Akademik Orkestrin bədii rəhbəri - Rusiyanın xalq artisti Aleksandr Rudindir. Konsert programında Mosart, Bize, Gendel, Mendelson və Dvorjakl kimi dahilərin əsərləri səslənəcəkdir. Konsert programında vokal ifasıda səslənəcəkdir. İfa edəcək - K.S. Stanislavski və Vl. İ. Nemiroviç-Dançenkonun adına Moskva Akademik Musiqi Teatrın sopranosu İrina Vaşenko.

"Vintaj" grupun konserti

20 noyabr Paytaxtımızın ən elit klublarından biri olan Face klubunda qalmaqalla dolu vidioklipləri və mega-hitləri ilə tanınmış "Vintaj" grupun konserti keçiriləcəkdir. Təcrübəli kütləmizə grup ən sevilmiş hitlərini ifa edəcəkdir.

Ceyran Haşımovanın yubiley gecəsi

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Xalq artisti və "Lalə" ansambln bədii rəhbəri Ceyran Haşımovanın 75 illiyinə həsr olunacaq yubiley gecəsi keçiriləcəkdir.

Eberxard Kummerin konserti

2 oktyabr Almaniyanın Azərbaycan Səfirliyi "Şərq-Qərb: Nibelungların mahnılarından Kitabi Dədə Qorqudadək qəhrəmanlıq barədə eposlar" adlı ilk simpozium çərçivəsində Bakıda "Nibelungların Mahnıları" konsert programını təşkil edəcəkdir. Konsert 20:00 Kapelhaus səhnəsində keçiriləcəkdir. Konsertdə Avstriyanın tanınmış ifaçısı Eberxard Kummer iştirak edəcəkdir.

Modern Blues Band konserti

Bakı Caz Mərkəzində Rusiyanın tanınmış blyuz komandası Modern Blues Band konsert programı ilə çıxış edəcəkdir. Konsertin günü sırf grupun çıxışı, ikinci günü isə bizim musiqiçilərimiz ilə jam-session. Hal hazırda Giya Dzagnidze (gitar, vikal), Sergey Slobodin (bas-gitara), Dmitriy Matyuxin (zərbçi) və Yevgeniy Revnyuk (klavişli alətlər) grupa daxil olurlar. 

Vokal musiqisi gecəsi

Kapelhaus səhnəsində vokal musiqisi gecəsi keçiriləcəkdir. Konsertin programında Gendel, C. Verdi, M. P. Musorgskiy, P. İ. Çaykovskinin dahi əsərlərindən səslənəcəkdir. Solist - İngiltərədə keçirilən Beynəlxalq vokalistlər müsabiqəsinin laureatı, metso-soprano Günel Ələkpərova. Konsertmeyster - Tatyana Qarayusifli.

Klassik musiqisi konserti

Azərbaycan Dövlət Filarmoniyanın səhnəsində dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeir Hacıbəyli adına Milli Simfonik Orkestrin konserti keçiriləcəkdir.

Gənclər caz ansamblın konserti

Kapelhaus səhnəsində Cənubi Almaniyanın gənclər caz ansamblın konserti keçiriləcəkdir. Konserti təşkil edir - Alman Federativ Respublikasının Azərbaycan səfirliyi. Caz orkestrə daxil olurlar - Karolin Bextle (vokal), Dominik Vagner (səs alətləri), Genri Kasper (fortepiano), Ştefan Kistner (bas) və Feliks Şrak (udarnıe).

Gitarist Corc Bensonun konserti

16 noyabr Heydər Əliyev adına sarayda dönya musiqisinin ən prestij mükafatı olan "Gremmi" mükafatına 10 dəfə layiq görünən və ABŞın Milli İncəsənət Fondunun  "Caz master" titulunu alan, dahi gitaristi Corc Benson konsert programı ilə çıxış edəcəkdir.

«Jazzinho» grupun konserti

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi caz-festivalı programı çərçivəsində "Face" klub və restoranında bassonovo stilində ifa edən Portugaliyanın tanınmış caz grupu «Jazzinho» konserti keçiriləcəkdir. Konsertdən sonra misilsiz diskoteka, ləzzətli nahar yeməyi və endirimlər qonaqlarımızı valeh edəcəkdir.

Dzihan&Kamien Dj-lərin çıxışı

24 oktyabra saat 23:00da Bakıda Caz Musiqisi festivalı programı çərçicəsində elektron və caz musiqisinin mik edən Dzihan&Kamien Dj`lərin çıxışı keçiriləcəkdir. 24 oktyabr saat 00:00-dək biletlərin qiyməti 10 AZN, 00:00-dan sonra - 20 AZN.

Şair Malik Fərruxun xatirə gecəsi

Oktyabrın 19-da Muğam Teatrında mərhum şair Malik Fərruxun xatirə gecəsi keçiriləcək. Gecədə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunacaq, gecəyə sənət, elm adamları, bəstəkarlar, aktyorlar və muğam ifaçıları dəvət olunublar. Tədbirdə aktyorlar mərhumun şeirlərini səsləndirəcək, müğənnilər isə həmin şeirlərə bəstələnmiş mahnılar ifa edəcəklər.  

İrakliy Pirsxalavanın konserti

31 oktyabr tanınmış "Face" klubu sizləri Halloween bayramı münasibətiylə keçirilən əyləncə gecəsinə dəvət edir. Gecənin xüsusi qonağı Rusiya estradasının tanınmış ifaçısı İrakliy Pirsxalavanın konsert programı ilə çıxış edəcəkdir. Klubun interyeri xüsusu Halloween abı həvası yaratmaq üçün bayrama uyğun dəyişdiriləcəkdir.

Beynəlxalq Bakı Caz festivalın açılışı

Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Bakı Caz festivalın açılış mərasimi keçiriləcəkdir. Mərasimdə ifa edir - dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestri. Solistlər - Emil Afrasiyab oğlu (fortopiano), Şükür Səmədov (klarnet).

İsfar Sarabskinin konserti

Beynəlxalq Bakı Caz festivalın programı çərçivəsində Caz mərkəzində, gənc pianoçu, Montrö caz festivalın qalibi İsfar Sarabskinin konserti keçiriləcəkdir.

Hard Jazz Knights grupun konserti

22 oktyabr Caz mərkəzində Hard Jazz Knights caz-grupu konsert programı ilə çıxış edəcəkdir. Konsert programında grupun "Jazzing the Beatles" adlı albumundan mahnılar ifa olunacaqdır.

Video

Məlumat kitabçası

Hayat Lounge Club
  • Mətbəx:Azərbaycan
  • Ünvan:R.Əliyev küç.,10
Nikki
  • Mətbəx:
  • Ünvan:Novxanı, Corat. Mərkəzi hissə, dənizkanarı, sıradan 5ci restoran
Chill Point
  • Mətbəx:
  • Ünvan:Nizami küç, 54 A
The Albion Club & Concert Hall
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:
AzTime
  • Mətbəx:
  • Ünvan:A. Cəlilov küç.,12
Gallery For Kids
  • Mətbəx:
  • Ünvan:Neftçilər prospekti (Park Bulvar)