Elan Sərgilər
Sərgilər
Mir Möhsün Nəvvabın 175 illiyinə həsr olunacaq mərasim

23 sentyabr, üzeir Hacıbəylinin Ev-Muzeyində, görkəmli musiqi xadimi, musiqişünas-alim Mir Möhsün Nəvvabın 175 illiyinə həsr olunacaq mərasim keçiriləcəkdir.

Müslim Eldarovun xatirə sərgisi

“Yeni Gallery” (Bakı İncəsənət Mərkəzi) 14 sentyabr 2009-cu il saat 19:00-da tanınmış İncəsənət Xadimi Müslim Eldarovun xatirə sərgisi keçiriləcəkdir. 

Üzeir Hacıbəyliyə həsr olunacaq sərgi

"Üzeirin musiqi həftəsi" programı çərçivəsində Bakıda Azərbaycanın dahi bəstəkar Üzeir Hacıbəyliyə həsr olunacaq sərgi keçiriləcəkdir.

"Croas Road" 13-cü Beynəlxalq Simpozium

"Abşeron" galereyasında  "Croas Road" 13-cü Beynəlxalq Simpozium keçiriləcəkdir. Simpoziumda Norveç, Xorvatiya, Rossiya, Nürkiyyə, Azərbaycan və digər ölkələrdən 11 iştirakçı iştirak edəcəkdirlər. Sərgi aktyor və rəssam Elçin Məmmədovun xatirəsinə həsr olunacaqdır.

"İlk addım" adlı foto-sərgisi

Galereya YarAdAn Azra Vardar (Almaniya) və Kolin MakDonaldla birgə, Azərbaycan Fotograflar İttifaqı və Asiyat Fatullayevanın köməklikləri ilə "İlk addım" adlı foto-sərgisi keçirəcəkdir. 

"Salam, əziz düşmənim" adlı sərgi

Almaniya Federativ Respublikasının azərbaycanda səfirliyi Paytaxtımızda dünyada sülh və mehriban olmağa insanları çaöıran "Salam, əziz düşmənim" adlı sərgi keçirəcəkdir. Sərginin açılışı 18 sentyabr 18:00 qeyd olunur. Sərgini hər gün, sentyabırın 25-dək saat 12:00-dən - 18:00-dək fəht etmək olar.

Etibar Aslanovun şəxsi sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda Etibar Aslanovun "Tarix və Müasirlik" mövzusunda və "Əsrin Müqaviləsi"nin yubileyinə həsr olunacaq şəxsi sərgisi keçiriləcəkdir. Sərgidə əsasən rəssamın grfika üslubunda işlərin neft mövzusunda təqdim olunacaqdır.

Vasilisa Abayevanın şəxsi sərgisi

"Abşeron" sərgi salonunda gənc rəssam Vasilisa Abayevanın şəxsi sərgisi keçiriləcəkdir. Sərginin açılışı 20 oktyabr 18:00 baş tutacaqdır.

Musiqili-ədəbi gecə

Fransa Azəırbaycan səfirliyin təşkilatında Muzey mərkəzində Lui Aragon və Səməd Vurğuna həsr olunacaq "Çarpazlanmış yollar" musiqili-ədəbi gecə keçiriləcəkdir.

Təsviri incəsənətinin fotosərgisi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin təşkilatında Muzey Mərkəzinin sərgi salonunda TÜRKSOYun təsviri incəsənətinin fotosərgisi keçiriləcəkdir.

"İordanyanın Azərbaycanda Mədəniyyət günləri" programı çərçivəsində foto sərgi

Muzey mərkəzinin sərgi salonunda "İordanyanın Azərbaycanda Mədəniyyət günləri" programı çərçivəsində foto sərgi və kino nümayişi keçiriləcəkdir. Sərginin Təşkilatçısı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyidir.

Muzey Mərkəzində muzeylərin veb saytların təqdimatı

Oktyabrın 12-də, saat 12:00-da Muzey Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan yeddi muzeyin - Azərbaycan Dövlət Din tarixi Muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Əzim Əzimzadənin ev-muzeyi, Heydər Əliyev adına muzey, M. S. Ordubadinin xatirə muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi - hər birinin veb saytının təqdimat mərasimi keçiriləcək. 

Cəfərov Səmədağanın şəxsi sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda Cəfərov Səmədağanın şəxsi sərgisi keçiriləcəkdir. Sərgidə rəssamın grafika və nəqqaşlıq texnikasında olan işləri, və heykəltərraşlıq işləri təqdim olunacaqdır. Əl işləri əsasəndə Köhnə Bakı və Apşeron tematikasında olacaqdırlar.

Mərakəş incəsənəti sərgisi

16 oktyabr Mədəniyyət Günləri programı çərçivəsində Rəssamlar ittifaqının V. Səmədova adına sərgi salonunda Mərakəş incəsənət xadimlərinin sərgisi keçiriləcəkdir.

İsmayıl Məmmədovun fərdi sərgisi

Oktyabrın 23-də Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun fərdi sərgisi açılacaq.
"Bakı - Nyu-York - adlanan sərgidə 80 yaxın kətan üzərində çəkilmiş rəsmilər, Nyu -Yorkdan gətirilmiş 90 şəkil sərgilənəcək. Bu sərgi rəssamın sentyabrın 15-də qayıtdığı Nyu-Yorkda olduğu müddətdə yaratdığı əsərlərin hesabat sərgisidir.
 

İmam Rzanın fotosərgisi

İranın Azərbaycandakı Səfirliyin və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət tədbirlər şö`bəsinin təşkilatında, Muzey Mərkəzinin sərgi salonunda rəssam İmam Rzanın fotosərgisi təqdim olunacaqdır. Sərginin açılış mərasimi 26 aoktyabr saat 17:00-da Mərkəzin Girdə Zalında keçiriləcəkdir.

Xan Babayevə həsr olunacaq kino-axşamı

Muzey Mərkəzinin Akt zalında dahi kinooperator Xan Babayevin 90 illiyinə həsr olunacaq kino-axşamı keçiriləcəkdir. Tədbir Dövlət Film Fondunun təşkilatında təqdim olunacaqdır.

"Qızdırma" bədii proyekti

"YarAdAn" sərgi salonunda yeni xanımların təqdimatında "Qızdırma" bədii proyekti keçiriləcəkdir. Sərgidə salonun rezidentləri Fidan Şahin və Afət Bağırovanın əl işləri təqdim olunacaqdır.

Ədəbiyyat sərgisi

30 oktyabr M. F. Axundov adına Milli Kitabxanada "Lev Nussimbaum, Asad Bəy, Qurban Səid: "Əli və Nino" əsərin müəllifi kimdir". Sərgidə Qurban Səidin həyat və yaradıcılığını əks edən 70-dən çox şəkil və arxiv materialları təqdim olunacaqdır. Şəkil kolleksiyası Tom Rayt tərəfindən yığılıbdır.

“Mərkəzi Asiya örtükləri” sərgisi

Noyabrın 5-də Bakıda məşhur Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Ekspozisiya R. Mustafayev adına muzeydə təqdim olunacaq. Nəzərdə tutulan sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyim və örtükləri nümayiş etdiriləcək. Bütün bunlar keçmişdə Mərkəzi Asiya ərazisindən keçmiş Böyük İpək yolu mövzusu ilə əlaqəli olacaq. 

Video

Məlumat kitabçası

Dreamland Country & Life
  • Mətbəx:
  • Ünvan:
Iguana Restaurant & Bar
  • Mətbəx:Avropa
  • Ünvan:Alovsat Guliyev küç.,136
The Albion Club & Concert Hall
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:
Cratos lounge club
  • Mətbəx:Avropa
  • Ünvan:Azadliq prospekti
Ev Konsepti
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Calzedonia
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi (1-ci mərtəbə)