Elan Sərgilər
Sərgilər
Klassik avtomobillərin yürüş və sərgisi

Azərbaycan Avtomobil Federasiyası avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar olaraq Federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

Abşeron vorkşop

“Art Tover” rəsm qalereyasında “Yay festivalı 2018” çərçivəsində 12 avqust tarixindən etibarən “Abşeron” adlı vorkşopa start veriləcək. Vorkşop 9 sentyabr tarixinədək davam edəcək və yekünda sərgi təşkil olunacaq. Abşeron vorkşopu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.

Future Shorts: Yay mövsümü 2018

Böyük məmnuniyyətlə Sizi ən iri tədbirlərdən olan Future Shorts qisametrajlı film festivalına dəvət edirik! Yay mövsümünün nümayişi YARAT Film Klub çərçivəsində keçiriləcək. Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.

Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində

24 oktyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “Gənclər Şəbəkəsi”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Dekorativ-Tətbiqi Sənət Festivalı” çərçivəsində gənc rəssam Fəridə Qarayevanın “Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi nümayiş olunacaq.

“Peru Andlarının menzereli” adlı fərdi sərgisi

25 sentyabr 2018-ci il tarixində saat 19:00-da “Art Tower” rəsm qalereyasında “Peru Andlarının menzereli” adlı fərdi sərgisi nümayiş olunacaq. Sərgi Perunun Azərbaycandaki Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatı nın təşəbbüsü ilə gerçəkləşəcək.

“Gift&Promo Fair 2018” sərgisində bayram abu-havası!

Azərbaycanda ilk dəfə olaraq, 20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku” mehmanxanasında 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçiriləcək. Üç gün ərzində sərgi, yerli və xarici şirkətləri bir araya gətirərək, geniş çeşidli, yüksək keyfiyyətli məhsullarla tanış olmaq üçün müstəsna bir imkan yaradacaq.

StART Gənc və həvəskar rəssamların qrup sərgisi

11 sentyabr tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Aərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil ediləcək.

Gəmiçilik - 160 adlı təsviri incəsənət sərgisi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün elan etdiyi təsviri incəsənət müsabiqəsi çərçivəsində sərgi keçirəcək. Sərgi 1-3 oktyabr tarixlərində Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunacaq. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, qrafika istiqamətlərinə aid ümumilikdə 100-dən çox əsər nümayiş ediləcək.

ARTIM ROOMS: Yeni hekayələr

YARAT Müasir İncəsənət Məkanı ARTIM ROOMS layihəsi çərçivəsində "Yeni hekayələr" adlı sərgini təqdim edir.

DÜHA - Rəsul Həsənovun fərdi sərgisi

Rəsul Həsənovun "Düha" sərgisində artıq üç il keçir. Bu il onun baş tutuacaq ikinci "Düha" adlı fotoillüstrasiya janrındakı sərgisində 40-dan çox portret əsəri təqdim olunacaq.

Beynəlxalq Təhsil “Education 2018” sərgisi

Hörmətli valideynlər, Uşağınızın gələcək təhsili barədə düşünürsünüz? O zaman icazə verin Sizi 11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisinə dəvət edək.

Qrup Foto Sərgi: Funksiya. Quruluş. Dəyişiklik

Sərgi Azərbaycan fotoqraflarının bəzi ətraf obyektləri, çoxqatlı dinamik sistemlər kimi araşdıran əsərlərini təqdim edir. Kamera obyektivi maraqlı mövzuları, funksiya, quruluş və dəyişiklik kimi ölçülər vasitəsilə anlamağa çalışır. Quruluş – elementlər arasındakı məkan əlaqələri müəyyənləşdirir, funksiya – ayrı-ayrı cəhətlərin qarşılıqlı təsiridir, dəyişiklik isə quruluşla funksiyanın dəyişkənlik xüsusiyyətidir.

Tikinti sənayesinin peşəkarları BakuBuild Azerbaijan 2018 sərgisində!

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq İnşaat və Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo 2018” sərgiləri keçiriləcək. Sərgidə dünyanın 22 ölkəsindən 300-dən çox şirkət iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, Almaniya, BƏƏ, Danimarka, İtaliya, Yunanıstan, Kanada, Çin, Polşa, Türkiyə, Ukrayna, Finlandiya, Rusiya, Sloveniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il sərgi tikinti materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, qapı və pəncərələr, eləcə də mebel və interyer məmulatlarının geniş çeşidini əhatə edəcək.

“Aquatherm Baku 2018” sərgisi

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2018” sərgisi keçiriləcək. Bu il sərgidə Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya və digər ölkələri təmsil edən şirkətlər bir araya gələcək. “Aquatherm Baku 2018” sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər.

Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi

24-30 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında keçiriləcək rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi çərçivəsində müəllifin 55 rəngkarlıq, 30 qrafika və 12 keramik işləri nümayiş olunacaqdır. Sərgi rəssamın anadan olmasının 65 illiyinə həsr olunur.

"Payızımın çalarları" fərdi sərgi

7 - 11 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət qalereyasında Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi sərgisi keçiriləcəkdir. Sərginin çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş etdiriləcəkdir.

Aqil Abdullayevin fərdi sərgisi

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI sizi Aqil Abdullayevin “Çəhrayı gələcəyin utancaq oğlanı” adlı fərdi sərgisinə dəvət edir. Aqil Abdullayevin fərdi sərgisi, məlumatların toplanması, rəylərin formalaşdırılması və insanların müzakirələrə cəlb olunması baxımından sosial medianın Azərbaycan cəmiyyətinin gələcəyinə təsirini araşdırır. Sərginin əsas mövzusu, gender, mədəniyyət və millət kimi dəqiq təriflərdən ayırmaqla rəqəmsal və real dünyalar arasında sərhədləri dumanlandıran yeni özünüdərk və sosial qavrayışa malik gənc nəsil haqqında bəhs edir.

"Bakı şəhərinin Avropa memarlıq irsi" sərgisi

Azərbaycanda 20-ci əsrin əvvəlində ilk neft bumu baş verən zaman bütün Qərbi Avropadan memarlar paytaxt Bakı şəhərini genişləndirmək və gözəlləşdirmək məqsədilə şəhərin layihələndirilməsi prosesinə cəlb edilməyə başlandı. Beləliklə, bu cür tarixi bir dövrdə, Bakıda bir çox tikililər ucaldılmışdır ki, onların dizayn və inşaasında viktoriyan və qərb təsiri özünü qabarıq şəkildə göstərir.

Pedro Qomes-Eqanya – fərdi sərgi: "Sleypnir"

YARAT Müasir İncəsənət Məkanı sizi, Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomes-Eqanyanın “Sleypnir” adlı fərdi sərgisinə dəvət edir. Sərgidə nümayiş olunan rəssamın yeni və əhəmiyyətli sənət əsəri özünün daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir.

StART Gənc və həvəskar rəssamların qrup sərgisi

Arts Council Azerbaijan təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Aərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil edir. Sərginin kuratoru Türkan Cəfərzadədir.

Video

Məlumat kitabçası

Keyf-i-Dem
  • Mətbəx:Avropa
  • Ünvan:Həsən Əliyev küç.,119
Cafe Glouton
  • Mətbəx:Azərbaycan
  • Ünvan:A.Ağayev küç.,1
F-Club
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:F.Xan Xoyski küç.106
Khazar Golden Beach club
  • Mətbəx:
  • Ünvan:Mərdəkan yolunda
Moreschi
  • Mətbəx:
  • Ünvan:Neftçilər prt. 89
The house of Villeroy & Boch
  • Mətbəx:
  • Ünvan:28 May küç., 6