Elan Sərgilər
Sərgilər
Bakutel sərgisi – qələcəklə əlaqə!

4-7 dekabr tarixlərində Bakı şəhərində “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək. Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar.

“Bakutel Tech Talks”: maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın!

Cari ilin 5-6 dekabr tarixində mütəmadi olaraq hər il keçirilən “Bakutel” sərgisi Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq “Bakutel Tech Talks” layihəsini – sənaye sahəsində fikir formalaşdıran nüfuzlu şəxslər ilə müzakirələr üçün müasir təmayüllü platformanı təqdim edəcək.

Vaciko Çaçxiani "Milçəklər dişləyir, yağış yağacaq"

YARAT Müasir İncəsənət Məkanı sizi Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisinə dəvət edir. Sərgi, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə etmişdir.

"Sərhəd layları" sərgisi

YARAT Müasir İncəsənət Məkanı, sizi YARAT rezidentləri – Yevi Joxova (Birləşmiş Krallıq/Rusiya), Aurelien Lepetit (Fransa/Niderland), Emil Məcnun, Aydan Mirzəyeva (Azərbaycan) və Cuditta Vendramenin (İtaliya/Niderland) əsərlərindən ibarət "Sərhəd layları" adlı qrup sərgisinə dəvət edir.

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığ

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar? Germanaijan sərgisində tarixi materiallarla birlikdə müəllif layihələri də təqdim edilir - müasir sənədlərlə əsaslandırma və bədii müdaxilələr - Kseniya Fink (Almaniya), Çinarə Məcidova (Azərbaycan), Thomas Marsden (Böyük Britaniya), Leyli Salayeva (Azərbaycan) və Samir Salahov (Azərbaycan).

Arif Aziz - 75- "Master&Artists" qrup sərgisi

15–18 yanvar 2019-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Azizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisi keçiriləcək.

YARAT Freestyle: Səyyar Fotoqrafiya Muzeyi

Yanvarın 30-u YARAT Müasir İncəsənət Məkanı sizi Cənubi Qafqaz Səyyar Fotoqrafiya Muzeyi ilə birgə təşkil etdiyi təqdimat və açıq mühazirəyə dəvət edir. Bu tədbir muzeyin Bakıda ilk layihəsidir.

ARTIM Rooms: "Perpendikulyar həqiqətlər" sərgisi

YARAT Müasir İncəsənət Məkanı ARTIM ROOMS layihəsi çərçivəsində "Perpendikulyar həqiqətlər" adlı sərgini təqdim edir.

Xəzinə sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı, Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə 2019-cu il fevral ayının 20-də saat 18:00-da Muzey Mərkəzində “Xəzinə” Gəncə rəssamlarının sərgisi keçiriləcəkdir.

"Gizli qalmış gözəllik" sərgisi

İncəsənətin məqsədi nədir? Rəssamlıqda fəlsəfəyə necə müraciət edə bilərik? Özü öyrənmiş rəssam və diplomlu filoloq, Soltan Soltanlı öz yaradıcılığı ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırmaqla, bəşəriyyətə xidmət etmək məqsədilə, rəssamlıq sənətindən istifadə edir.

Babi Bədəlov "ZARAtustra" sərgisi

YARAT Müasir İncəsənət Mərkəzi, sizi vizual rəssam və şair Babi Bədəlovun 2 mart – 16 iyun tarixlərində keçiriləcək fərdi sərgisinə dəvət edir. Azərbaycanda doğulmuş və 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender və seksuallığın ifadəsi ilə bağlı problemləri araşdırır.

ARTIM: "Azərbaycanın çoxşaxəli şəxsiyyətləri" müzakirə

YARAT CONTEMPORARY ART SPACE is pleased to announce the “De/Construction Talk”: “Multifaceted identities of Azerbaijan” at ARTIM PROJECT SPACE by Sheyda Allahverdiyeva

Xocalı 27

Nazim Məmmədovun 85 illik yubileyi ilə əlagədar olaraq 2019 cu il boyu sənətkarın coxşahəli yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

Əşrəf Murad: "Sevgi və etiraz" retrospektiv sərgi

YARAT Müasir İncəsənət Məkanı, azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın ilk genişmiqyaslı muzey sərgisini təqdim edir. Həm Azərbaycanın, həm də xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlərdən toplanmış bu sərgi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

Turizm və Səyahətlər “AITF 2019” sərgisi

4 aprel tarixində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq və 6 aprel tarixinədək davam edəcək.

"Paris". Maya Bağırovanın fotosərgisi

Maya Bağırovanın bir sıra fotoşəkilləri "təəssürat" sözü ilə təsvir edilə bilər. Bu əsərlərdə – axıb gedən zamanın hərəkəti öz təzahürünü tapır. Ağlı-qaralı kadrlarının məkanı isə Parisdir. Avropanın qabaqcıl fotoqrafiya məktəbi "Spéos"-un tələbəsi olan Maya Bağırova Fransadakı təhsilinin ilk illərində fotoobyektivinin köməyi ilə Parisi kəşf edirdi.

Bazarduzu Pop-up Fair

Bakıda ilk dəfə BAZARDÜZÜ pop-up yarmarkası baş tutacaq! İncəsənət, dəb, vintaj və vinil sevərlər üçün şad xəbərimiz var: aprelin 20-də Bakıda HANDICRAFT Baku ilə birgə ilk dəfə bu yazı əlvan rənglərlə bəzəyəcək BAZARDÜZÜ pop-up yarmarkası keçiriləcək!

"Kukla evi" sərgisi

12.04.2019 tarixində, saat 19:00-da Kapellhaus-da (28 May küç. 35) Bakıdakı Göte mərkəzinin təşkilatçılığı ilə "Kukla evi" adlı qrup sərgisinin açılış mərasimi keçiriləcəkdir. Açılış mərasimində iştirak yalnız dəvət əsasında mümkündür.

Bahar Xeyirxahlıq Yarmarkası - 4

Sizi “Bahar Xeyirxahlıq Yarmarkası - 4” xeyriyyə layihəsinə dəvət edirik. Tədbir 18-19 may, saat 12.00-dən 18.00-dək beşulduzlu “Pullman Baku ” lüks oteldə keçiriləcək.

Rəssam Vədud Müəzzinin fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin təşkilatçılığı ilə 22 may 2019-cu il, saat 18:30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında "Vədud Müəzzin"-in fərdi sərgisi keçiriləcəkdir.

Video

Məlumat kitabçası

Hayat Lounge Club
  • Mətbəx:Azərbaycan
  • Ünvan:R.Əliyev küç.,10
2 Beer
  • Mətbəx:Avropa
  • Ünvan:F.Bayramov küç.,4
Cratos lounge club
  • Mətbəx:Avropa
  • Ünvan:Azadliq prospekti
Billionaire club
  • Mətbəx:Avropa
  • Ünvan:Süleyman Rüstəm küç.,47
Calzedonia
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi (1-ci mərtəbə)
Grafika
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)