YARAT Film Klub: "Ev sahibləri" filminin nümayişi

  • 08.07.2017
  • 5223

  • Kino

YARAT Müasir İncəsənət Məkanı müasir qazax filmlərin retrospektiv nümayişinə başlayır. Bu silsilə tədbirlər Qazaxıstan üzərində günəş və neonlar adlı sərgiyə hərs olunur. Qeyd etmək istərdik ki, sərgi YARAT Mərkəzində oktyabr ayının sonuna kimi nümayişdə olacaq.

11 iyun saat 19:00-da, 67-ci Beynəlxalq Kann Festivalının rəsmi proqramına daxil olmuş, Adilxan Yerjanovunın Ev sahibləri (2014) filminin nümayişi baş tutacaq.

"Ev sahibləri" (2014)

25 yaşlı Jon, onun yeniyetmə qardaşı Erbol və gənc bacıları Aliya, səhətlərinin zəifliyinə görə Qazastanın Almaata şəhərində yaşadıqları evi tərk etməyə məcbur qalırlar. Xoşbəxtlikdən anaları onlara uqcar bir kənddə ev varis edib və onlar bu evə köçməyə hazırlaşırlar. Ancaq bu evi artıq 10 ildir ki, qeyri-qanuni istifadə edən yerli idarəetmə rəhbərinin qardaşı, evi rəsmi sahiblərinə ötürməyə tələsmir.

Adilxan Yerjanov – rejissor, ssenarist və operator 7 avqust 1982-ci ildə Jeskazqan şəhərində dünyaya gəlib. 1999-cu ildə ən yaxşı ssenari müsabiqəsində “Kozı Korpeş” və “Bayan-Sulu” (“Xəbər” teleaqentliyi) animasiya filmələri ilə qalib olmudur. Parallel olaraq Adilxan bir sıra nəşriyyatlarda çalışır, qazax və beynəlxalq kinematoqrafiya proseslərinin təhlili ilə məşğul olurdu. 2007-ci ildə “Avrasiya” kinofestivalında “Ən yaxşı rejissor” nominasiyası üzrə “Baxırjamal” filmi mükafatlandırıldığı zaman, Adilxan beynəlxalq ictimaiyyətin diqqət çəkdi. 2014-cü ildə Yerjanovun “Ev sahibləri” filmi Beynəlxalq Kann kinofestivalının xüsusi proqramında nümayiş üçün seçilmiş və nəticədə yüksək qiymətləndirilmişdir. Britaniyalı kino tənqidçisi Jef Endryu keçmiş festival haqqında məruzəsində, Adilxan Yerjanovun “Ev sahibləri” filmini 10 ən yaxşı filmlər siyahısına daxil etmişdir

Film qazax dilində, ingilis subtitrlərlə nümayiş olunacaq.
Tarix: 11 iyul, 2017
Saat: 19:00
Giriş sərbəstdir



Kino
Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.