Agent 007 haqqında yeni filmin ekranlara çıxacağı vaxt məlum olub
Agent 007 haqqında yeni film kinoteatrlara 2019-cu ildə çıxacaq. Ceyms Bond haqqında sayca 25-ci, yeni film 8 noyabr 2019-cu ildə ekranlara çıxacaq. Filmin adı hələ məlum deyil. Ceyms Bond rolunun ifaçısı və filmin rejissoru haqqında də məlumat yoxdur. Ssenari müəllifi kimi film üzərində Nil Pervis və Robert Ueyd işləyəcək. Kinokompaniya tezliklə film haqqında məlumat verəcək. Daha öncə britaniyalı aktyor Deniel Kreyqin yeni filmdə Ceyms Bond roluna namizəd olması məlumatı verilmişdi.