Cafe City/Sahil

 

Günümüzdə bu təlaşlı dünyada öz orqanizmimizə ədalətsizlik edərək ilk baxışdan "mənasız" görünən qidaya vaxt və lazımi diqqəti ayırmağa ehtiyac duymuruq. Bizim nəyi və necə yeməyimizdən çox şey asılıdır. Ən əsası bizim sağlamlığımız. Əgər həmişə bunun vacibliyini başa düşmürüksə, bunu bizim üçün edə bilən peşəkarlar mövcuddur. Onlar hər bir insanın ən yaxşı şeylərə layiq olduğunu başa düşərək, bunu keyfiyyətli və dürüst edir. Bu peşəkarlar paytaxtımızın mərkəzində yenicə açılmış  "Cafe City" -dədir. Burada hər şey siz istədiyiniz kimidir. 

Burada yeməklərin hazırlandığı məhsullar Avropadan gətirlir və hər kəsin zövqünü oxşayacaq. Kafenin bütün xidmət göstərən heyəti tibbi yoxlanışdan keçib və mütəmadi olaraq keçir.
Menyuda hər bir yemək şəkillə təqdim olunub. Menyuya salatlar, məzələr, suplar, sendviçlər, omletlər, əsas yeməklər, pastalar, blinlər, desertlər və geniş çeşidli içkilər və kokteyllər daxildir.

Qeyd edək ki, "Cafе City"də 12:00-dan 15:00-a qədər biznes lanç təklif edilir. Ümumiyyətlə iş günləri kafe 24:00-a qədər, istirahət günləri isə 02:00-a qədər işləyir.

"Cafe City" qonaqlarını sakit tonlarda işlənmiş interyer, sakit, "rahat" musiqi sevindirəcək.
Beləliklə, "Cafе City"ə gəlin və istədiyiniz kimi istirahət edin.

 



 


Ünvan: R.Behbutov küc.8
Telefon: (+994 12) 598-88-33, (+994 50) 598-88-33
İş vaxtı: 11:00-00:00 (bazar-cümə axşamı) 11:00-02:00 (cümə-şənbə)
Mətbəx: Avropa
Orta hesab: 15 - 20 AZN
Xüsusiyyətlər: Kredit kartla ödəniş , Masaların sifarişi , Sərbəst Wi-Fi , İçkilər , Fon musiqisi
Xəritədə yerləşmə



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.