Ayın filmi "Çölçü"
Çölçü. E. J. Wickes-in (E. J. Uiks-in) film haqqında fikirləri: Şamil Əliyevin filmi. “Xüsusi bir dünyaya daxil olmaq və dram təqdim etmək kimi fikir böyük rejissor işi və peşəkar quruluşun sayəsində ərsəyə gəlib”. Ayın filmi adına Şamil Əliyevin “Çölçü” filmi layiq görüldü. Burada Rusiya və Şimali İran arasında yerləşən ucsuz-bucaqsız düzənlikdə sağ qalmaq uğrunda mübarizə aparan adsız bir insandan söhbət gedir. Vidadi Həsənov filmin ssenarisini Azərbaycan tarixinə əsaslanaraq yazıb. Baş rolları Bəhruz Vaqifoğlu və Salome Demuriya canlandırıb. Film, namizədlər sırasına daxil olmasa da, 86-cı mükakafat mərasimində Amerika Kinoakademiyası bu işi, şort listdə xarici dildə çəkilən yaxşı bir film kimi qeyd edib. 80 dəqiqə davam edən filmin sujet xətti qaranlıq yağışlı gecədə uşaq atasını oyatmağa çalışır çünki, sevimli dəvəsinin doğuş vaxtıdır.
Ata və oğul damı qamışla örtülən köhnə daxmada yaşayır. Bu tənha köhnə evdə qadın yoxluğu hiss olunur və evdə sandıqda qadın şəkli gizlədilib. Şəkildəki çox güman ki, uşağın artıq onların yanında olmayan. Çöllükdə həyat iddiasız və rəngsiz olduğuna görə əyləncələr üçün böyük təxəyyül lazımdır. Uzun sakit gecələrdə atası oğluna buradakı sakinlərin həyatından maraqlı hekayələr və cavan oğlanın “Şanapipik” adlı qızla tanışlığından danışır. Çöllükdə həyat ağırdır, lakin ata güclü iradəsi sayəsində oğlunu ciddi qayda-qanuna uyğun saxlayır. Bir gün oğul evə gəlir, atasını oturmuş görür, lakin ata artıq ölmüşdü... Bizim qəhrəmanımız asan olmayan həyat yolunda təkbətək qalır. Çölçü şəhərə gedir. Orada başına bir çox macəralar gəldikdən sonra şəhərdən qayıdır və daxmanın arxasında samanlıqda yatan cavan bir qadına rast gəlir. O, qızın yuxusunu bölmək istəmir və gedir. Geri gəldikdə isə görür ki, bütün qabları yuyub və evi təmizləyib. Qadının xəbərdarlıq etmədən onun evinə girməsi onu həm əsəbləşdirir, həm də qorxudur. Bəli, ilk baxışdan bu film şəhər qızı ilə çöllükdə böyümüş oğlan arasında olan məhəbbət hekayəsidir. Vaxt keçdikcə onlar bir yerdə yaşamağı öyrənirlər.
Bəli, ilk baxışdan bu film şəhər qızı ilə çöllükdə böyümüş oğlan arasında olan məhəbbət hekayəsidir. Vaxt keçdikcə onlar bir yerdə yaşamağı öyrənirlər. Qız, onun insanlığına, sadəliyinə ciddiliyinə və məsumluğuna qiymət verir. Oğlan isə onun necə zəhmetkeş olduğunu və təbiətə uyğunlaşmaq istəyini görməyə bilməzdi. Filmin çox hissəsi kənd yerində çəkilib və kənd həyatını təsvir etdiyinə görə xüsusi dekorasiyaya ehtiyac olmayıb. Aktyorların oyunu möhtəşəmdir. Mən bu filmə baxdıqda həm təhlükə, həm seksual gərginlik, həm ürək ağrısı, həm də bir neçə çalarlı hissləri bir anda hiss etdim. Bu filmin bu qədər gözəl qarşılanması təəcüblü deyil. E.J. Wickes. (E.J.Uiks) “Cult Critic Film Magazine” jurnalının rəssamı, baş redaktoru və həmçinin “Metamodern Magazine” jurnalının banisi və naşiridir. Erik Hollivudun incəsənət şöbəsində, TV və bir çox müstəqil kinostudiyalarda işləyib. O, həmçinin HLC Studios-un kreativ direktorudur və mətbuat şöbəsinə,həmçinin şirkətin nəşriyyatına başçılıq edir.
.