Elan Uşaqlar üçün "Gəlin birgə olaq" adlı uşaq festivalı
"Gəlin birgə olaq" adlı uşaq festivalı

YARAT Müasir İncəsənət Məkanı ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan "Gəlin birgə olaq" adlı uşaq festivalını təqdim edir. Bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən "Qazaxıstan üzərində Günəş və neonlar" adlı sərgisi ilə bağlıdır. Festivalda 3 yaşdan yuxarı uşaqlarla yanaşı, onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub. 

Festivalın proqramı:
-    Üz rəngləmə – Sevimli Bala
-    Uşaqlar üçün yoqa dərsi – The Art of Living 
-    Rəsm üzrə ustad dərsi – Nərminə Bağırova, Qafar Rzayev
-    VIVA Dessert tərəfindən xüsusi ustad dərsi 
-    Rəqs üzrə ustad dərsi – Emin Useynov, Ilham Osmanov’s Dance and Art Studio"
-    Kollaj hazırlama üzrə ustad dərsi – Hatəm Əlizadə
-    "Xatirələr yarat" adlı xüsusi ustad dərsi – Novruz Məmmədov
-    İstifadə olunmuş əşyalardan art obyektlərin yaradılması – Zemfira Əzimova
-    Rəqqasların çıxışı – Show Balet "NERO"
-    Açıq havada "Yallı" rəqsi üzrə ustad dərsi – Ilham Osmanov’s Dance and Art Studio
-    Bulvar ərazisində yallı rəqsi

Əgər siz də yeni dərs ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəyirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur. Hər kəs sadəcə 3 ustad dərsində iştirak üçün qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün 050 246 92 92 nömrəsinə zəng edin




Uşaqlar üçün




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.