Elan Caz "Cazda ukraynalı uşaqlar" konserti
"Cazda ukraynalı uşaqlar" konserti

Əziz musiqisevərlər! "Bakı Caz Festivalı 2017" çərçivəsində sizi "Cazda ukraynalı uşaqlar" konsertinə dəvət edirik! Bu layihə "Яскраві діти України" ictimai təşkilatı və Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənir. Tədbirdə Ukrayna xalq mahnıları caz üslubunda və məşhur caz hitləri ifa olunacaq.

Proqram:

1 Qiqiyçuk Yekaterina – "Soul shadows"
2 Moskalenko Darya – "Ти до мене не ходи"
3 Koşevaya Varvara – "Blue skies"
4 Terletskaya Eva – "All about that bass"
5 İşuk Aleksandra – "Tell me something"
6 Murmil Anastasiya – "Respect"
7 Sevidova Eleonora – "Несе Галя воду"

Habelə Belarusdan gələn xüsusi qonaq Yermakova Maşa "Oops" mahnısını ifa edəcək.

Bütün ifaçılar Ukrayna və beynəlxalq müsabiqələrin laureatları və "Яскраві діти України", "Голос діти", "Україна має талант" televiziya layihələrin iştirakçılarıdır.

Dəvətnamələri öncədən YARAT Müasir İncəsənət Mərkəzindən PULSUZ götürə bilərsiniz.

Tarix: 23 oktyabr, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi 
Əlaqə nömrəsi: (012) 505 1414




Caz
Bilet: Бесплатно YARAT Contemporary Art Center




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.