Yanvarın 31-də Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçiriləcək.
“Bakı Şansonu” konsertində tanınmış şanson ifaçıları Fərhad Bakinskiy, Cəlal Abbasov, Ceyhun Bakinskiy, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak edəcəklər.
Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan "Bakı şansonu" janrında mahnılarla yenidən bakılıları və şəhərimizin qonaqlarını sevindirəcəklər.
Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.
Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (+994 12) 441-21-31, (+994 50) 332-36-30
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.