Elan Konsertlər Musiqili axşam: YARAT: Erkin Love, Safael, "KADÍ" Band
Musiqili axşam: YARAT: Erkin Love, Safael, "KADÍ" Band

Əziz dostlar, Yanvarın sonuncu cüməsini bizimlə keçirməyi təklif edirik! Yanvarın 26-sı YARAT canlı musiqi axşamı proqramının qonaqları Erkin (Love) Osmanlı, Safael və "KADİ" Band olacaqlar. Erkin (Love) Osmanlı – ifaçı, bəstəkar, şair və aktyor. 2006-cı ildə "Akademiya" musiqi şousunda çıxış edərkən Azərbaycan musiqisevərlərin rəğbətini qazanmışdır. O, 2017-ci ildə Nyu-Yorkda hazırlanmış elmi-fantastik "D4rkly Your Retrorockets Fl4re" tamaşasında aktyor və ifaçı kimi iştirak edib, həmçinin quruluşun bəstəkarıdır.

Safael – 13 yaşından musiqiyə böyük maraq göstərir. Moskva Müasir İncəsənət İnstitutunda caz ifaçılığı üzrə təhsil alıb.

"KADİ" Band: 
Orxan Əfəndi – müəllif-ifaçı, musiqiçi. 2014-cü ildən blüz və rok-n-roll janrlarında musiqi bəstələyir. 
Vəfa Qədirova – caz və blüz musiqi janrlarında çıxış edən müəllif-ifaçı. 2017-ci ildə Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan "Musiqi bayramı" çərçivəsində çıxış etmişdir. Hal-hazırda qrupun 1-ci sinqlı üzərində çalışır.

26 yanvar, saat 19:00 
Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.