Elan Konsertlər Joss Stone "Odlar Yurdunda canlı"
Joss Stone "Odlar Yurdunda canlı"

“Grammy” mükafatının qalibi olmaq hissini yaşamış Joss Stone özünün “Ümumi Dünya Turu” nun bir hissəsi kimi BMT üzvü olan bütün ölkələrdə çıxış edən ilk ifaçı olmaq kimi məsuliyyətli bir vəzifəni üzərinə götürüb. Bu günə qədər Joss irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq minlərlə insan üçün 130 ölkədə çıxış edib. Onun məqsədi universal dil olan musiqi vasitəsi ilə insanları bir araya gətirməkdir və eyni zamanda göstərməkdir ki, heç bir ölkə və ya insan digərlərindən daha çox əhəmiyyətli deyil.

Joss səhnə şousu 12 illik karyerasi müddətində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri əhatə edir. Joss Stone - əsl Britaniya əsrarəngizliyi və möhtəşəm səsi ilə 3 mart 2018-ci ildə Ümumi Dünya Turnesi çərçivəsində Bakıda “Live in the Land of Fire” (Odlar Yurdunda canlı) konsert proqramı ilə çıxış edəcək. Joss səhnədəki hər bir çıxışı fərqlidir və tamaşaçıların ehtiyac, istək və arzularını təmin edən bir musiqi təcrübəsi kimi çiçəklənməyə imkan verir. Əsl zəriflik və ingilis parlaqlığının canlı şahidi olmaq istəyirsinizsə Joss Stounun konsertini qaçırmayın.




Konsertlər
Bilet: 50-100 AZN Rotunda




Lombok, İndoneziyaya Unudulmaz 2 Həftəlik Səyahət Qazan!

Ada tətilini xəyal edirsiniz? Tripsome bir şanslı qalibi və qonağını İndoneziyanın Lombok adasına, Mawun çimərliyinə yaxın gözəl 2 həftəlik səyahətə göndərir! Növbəti sifarişinizin cənnətə necə aparacağını kəşf edin.

Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.