Elan Konsertlər YARAT Freestyle: "Ten" rəqs tamaşasının nümayişi"
YARAT Freestyle: "Ten" rəqs tamaşasının nümayişi"

Birləşmiş Krallığın eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət unikal və məşhur rəqs ansamblı "British Council"ın təşkilatçılığı ilə Azərbaycana gəlir. British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş "Ten" rəqs tamaşasını qürurla təqdim edir.
"British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

"Ten" adlı rəqs tamaşası YARAT Müasir İncəsənət Mərkəzində 12 mart tarixində saat 19:00-da, Nizami Kino Mərkəzində isə 13 mart tarixində saat 19:00-da nümayiş olunacaq. 
Xoreoqraf və rejissor kimi fəaliyyət göstərən Mark Smitin bədii rəhbəri olduğu "Deaf Men Dancing" rəqs ansamblı Mark kimi eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqasları bir araya toplayır. Birlikdə onlar unikal, maraqlı və orijinal estetika nümunəsi ərsəyə gətirməklə yanaşı, xoreoqrafiya elementləri və işarə dili ilə zənginləşdirilmiş müxtəlif rəqs üslublarının birləşməsini yaradır.
Ansamblın bədii rəhbəri/xoreoqrafı olan Mark Smit dizayner Rayn Douson Leyt və bəstəkar Şon Çandler ilə əməkdaşlıq şəraitində onların "Ten" adlı yeni rəqs tamaşasını qürurla təqdim edir. Bu rəqs nömrəsi Lorel və Hardi, Flanaqan və Allen, Morkamb və Uays, Ebbott və Kostello, Qilbert və Corc kimi duetlərdən ilhamlanaraq hazırlanıb. 

Tamaşada "Human Foundation" təşkilatının " Human Deaf Community" (eşitmə qabiliyyəti olmayan insanlar) icmasının nümayəndələri və eşitmə məhdudiyyətli insanlar da iştirak edəcək.

Proqram:
9 mart – Gənc Tamaşaçılar Teatrında saat 19:00-da "Bir Günəş Altında" tamaşasının premyerası
12 mart – YARAT Müasir İncəsənət Məkanında saat 19:00-da "Deaf Men Dancing" rəqs ansamblının "Ten" tamaşası
13 mart – Nizami Kino Mərkəzi saat 19:00-da "Bir Günəş Altında", saat 20:00-da isə "Deaf Men Dancing" rəqs ansamblının "Ten" tamaşası
15 mart – YARAT Müasir İncəsənət Məkanında saat 19:00-da "Bir Günəş Altında" tamaşası

Giriş sərbəstdir 




Konsertlər
Bilet: Бесплатно




Lombok, İndoneziyaya Unudulmaz 2 Həftəlik Səyahət Qazan!

Ada tətilini xəyal edirsiniz? Tripsome bir şanslı qalibi və qonağını İndoneziyanın Lombok adasına, Mawun çimərliyinə yaxın gözəl 2 həftəlik səyahətə göndərir! Növbəti sifarişinizin cənnətə necə aparacağını kəşf edin.

Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.