
Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək. Martın 24-də milli bayramımız Novruz münasibətilə Sarayının səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və muasir rəqsləri, illuziya şousunu, musiqili qonaqların çıxışını və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
- ВКонтакте
- РћРТвЂВВВВВВВВнокласснРСвЂВВВВВВВВРєРСвЂВВВВВВВВ
Ada tətilini xəyal edirsiniz? Tripsome bir şanslı qalibi və qonağını İndoneziyanın Lombok adasına, Mawun çimərliyinə yaxın gözəl 2 həftəlik səyahətə göndərir! Növbəti sifarişinizin cənnətə necə aparacağını kəşf edin.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.