Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi rəssamın 50 illik yubileyinə həsr olunmuşdur. Sərginin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır.
Sərgidə Bayram Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunur. Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Kirpinin Rəssamları” adlı kitabının təqdimatı da keçiriləcəkdir. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Kitabda rəssamların yüzlərlə siyasi və məişət mövzulu karikaturaları, təbliğat xarakterli rəsmləri və dostluq şarjları oxuculara təqdim olunmuşdur.
Hər birinizi 16 may saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən sərgini izləməyə dəvət edirik.
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.