Elan Sərgilər Muzeydə gecə – "Gecəni fəth et!"
Muzeydə gecə – "Gecəni fəth et!"

Muzeydə gecə – "Gecəni fəth et!"

26 may tarixində YARAT bir daha sübut edəcək ki, muzey darıxdırıcı yer deyil, əksinə – maraqlı və əyləncəli məkandır. 

Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rənkarlığı Muzeyi və ARTIM Layihə Məkanı Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin bayram ab-havasına qərq olacaq.

YARAT Müasir İncəsənət Mərkəzində

YARAT Mərkəzində keçiriləcək "İstədiyin birinə çevril" bodi art və "Etrusk natiqləri" gəzən heykəllər proqramları sizin axşamınızı yaddaqalan edəcək. 

Həmçinin sizlər üçün "Azərkosmos" şirkəti ilə birgə "Təbiət yoxsa insan?" adlı müsabiqə hazırlamışıq. Bu müsabiqə sizləri tamamilə fərqli reallığa səyahətə aparacaq. Həmin səyahətdən qayıdandan sonra isə, öz təəssüratlarınızdan ibarət kollektiv incəsənət əsərləri yaratmaq imkanı qazanacaqsınız. 

Axşam saatlarında alov şousuna və ADO kollektivindən sürpriz tamaşaya baxacaqsınız. Gecənin sonunda isə istedadlı DJ-lər Nasa Mareena və Fərhad Fərzəliyevin ifasında elektron musiqi parçalarını dinləyəcəksiniz. 

XX-XXI əsrlər Azərbaycan Rənkarlığı Muzeyi 

Yaradıcılığınıza tam azadlıq verərək, gül-çiçəklərdən avtoportret hazırlamaq ustad dərsində iştirak edə bilərsiniz. Eyni zamanda dizayner və kolleksiyaçı Natavan Əliyeva tərəfindən təqdim olunmuş, XIX əsrin geyimlərindən ibarət moda nümayişi və "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər" adlı mühazirəyə qatıla bilərsiniz. 

ARTIM Layihə Məkanında

Burada, siz "Məhəllə" kollektivinin əsərlərindən ibarət eyni adlı sərginin açılışında iştirak edəcəksiniz və elektron musiqi parçalarını dinləyəcəksiz. 

Proqram: 

YARAT Müasir İncəsənət Mərkəzi
Bodi art (16+) – 18:00-21:00 – Çoxtəyinatlı zal (II mərtəbə)
Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
"Etrusk natiqləri" gəzən heykəllər proqramı – 19:00, 20:30, 21:30 (Dənizkənarı bulvar) 
Təəssüratlarınla bölüş (Aida Mahmudovanın fərdi sərgisi) – 19:30-21:00 (Dənizkənarı bulvar)
Təəssüratlarınla bölüş (Mikelancelo Pistolettonun fərdi sərgisi) – 19:30-21:00 (YARAT Mərkəzinin kitabxanası)
"Təbiət yoxsa insan?" müsabiqəsi – 19:00-21:00 (Dənizkənarı bulvar)
ADO Teatr kollektivindən tamaşa – 19:30-20:30 (Dənizkənarı bulvar)
Fləşmob "Üçüncü cənnət simvolunun qurulması" – 20:30-21:00 (Dənizkənarı bulvar) 
Musiqili çıxış (Kamran Rzayev – vokal, Nərgiz Əliyeva –- piano, İbrahim Babayev – tar, Oya Ergün – fleyta və Məhəmməd Məmmədli – akkordeon) – 21:00-22:00 (Dənizkənarı bulvar) 
Alov şousu – 22:00-22:15 (Dənizkənarı bulvar)
DJ'lərin çıxışı (Nasa Mareena, Fərhad Fərzəliyev) – 22:15-00:00 (Dənizkənarı bulvar)

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Təbii güllərdən avtoportret – 19:00-20:00 
Qeydiyyat üçün: 0502469292. Son tarix: 25 May
Dizayner Natavan Əliyeva tərəfindən təqdim olunmuş moda nümayişi – 20:00-20:30 
Dizayner Natavan Əliyeva tərəfindən "Kostyumlar fərdiyyətimizi necə əks etdirirlər?" adlı mühazirə – 20:30-21:00

Port Wine & Grill və MAYA Mexican Restoranı/La Vida tərəfindən xüsusi təkliflər – 19:00-22:00

ARTIM Layihə Məkanı
"Məhəllə" sərgisinin açılışı – 19:00
DJ çıxışı – 20:00

Muzeydə gecə – "Gecəni fəth et! " tədbirinin tərəfdaşları
Dənizkənarı Bulvar İdarəsi, "Azərkosmos" MMC, Enoteca Meydan, Natavan Apparel, ADO kollektivi və Fleuriste gül butiki




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.