Elan Sərgilər “ŞəmiŞəbistan” bədii şam sərgisi
“ŞəmiŞəbistan” bədii şam sərgisi

“ŞəmiŞəbistan” bədii şam sərgisi
İçəri Şəhərdə NUR Art House məkanında 20 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin “Təsviri sənət”, “Dizayn və dekorativ-tətbiqi sənət” kafedraları və NUR Art House qalereyasının birlikdə təşkil edilən Universitetin “Rəssamlıq” ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət “Şəmi-Şəbistan” adlı bədii şam sərgisi keçirəcək.
Sərgidə gənc rəssamların Azərbaycanın mədəniyyət abidələrini şam və şamdanlar, batika üzərində müxtəlif üslublarda və fərqli texnikalarda əks etdirdikləri əsərlər nümayiş olunacaqdır. Sərgi ekspozisiyasına daxil olan yaradıcılıq işlərinin hər biri “Şəmi-Şəbistan” layihəsi üçün hazırlanmış yeni nümunələrdir.
Tarixi təxminən 5000 min il əvvələ gedib çıxan, keçmişdən bu günümüzə qədər gəlib çatan, müxtəlif məqsədlər üçün istifadə edilən şamlar sərgidə fərqli mahiyyət daşıyaraq incəsənətimizin zəngin tarixinin səhifələrini “işıqlandıracaqdır”. Belə ki, şamların üzərində Şəkidə yerləşən “Kiş” qədim alban məbədi, eyni zamanda “Alov qüllələri” müasir memarlıq kompleksi, Şəki xan sarayının divar rəsmləri, Azərbaycan xalçaçılıq məktəblərinə mənsub xalçalardan fraqmentlər, həndəsi və nəbati ornamentlər, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından yeddi gözəlin təsviri, mehendi sənəti, musiqi elementləri öz əksini tapmışdır. Sərgiyə baxış zamanı sanki şamların fonunda Azərbaycanın müxtəlif guşələrinə, memarlıq tikililərinə səyahət edəcək, təsviri və dekorativ sənət əsərləri yenidən fərqli təqdimatda gözünüzdə canlanacaq, dillər əzbəri olan klassik Azərbaycan ədəbiyyatı, Azərbaycan musiqisinin xoş avazı qulağınızda səslənəcəkdir. Məkanı dolduran və boyalarla bədii məzmuna “bürünən” şamların fitilindən yayılan işığın hərarəti hər birinizin qəlbini isidəcəkdir!
Sərgi mayın 25-ə kimi davam edəcəkdir. Sevindirici haldır ki, əsas missiyası Azərbaycan mədəniyyətinin, milli mədəni irsimizin, əsrlərin yadigarı olan, eyni zamanda, müasir dövrümüzdə yaradılan incəsənət nümunlərinin təbliği olan layihə çərçivəsində regionlarda maarifləndirici səyyar sərgilər keçiriləcək, nəzəri və təcrübi ustad dərsləri təşkil olunacaq, mövzuya dair silsilə mühazirələr oxunacaqdır.




20 Мая - 25 Мая
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.