Elan Sərgilər ARTIM: "Məhəllə" sərgisi
ARTIM: "Məhəllə" sərgisi

ARTIM Layihə Məkanında Bakıdakı "Sovetski" adlanan ərazinin tamamən sökülməsi ilə bağlı əsərlərin təqdim olunduğu sərgi açılır. Sərgilənən əsərlərdə tədqiq olunan mövzular belədir: nostalji, ailə tarixçəsi, əşyaların sosial tərcümeyi-halı, didərginlik, xarabalıq arxeologiyası, yaddaş və xülyalar.

Bütün Yaxın Şərq, Qafqaz və Orta Asiya şəhərlərində sakinləri cəmləşdirən əsas sosial mühit məhz məhəllə olmuşdur. Yüzillər boyunca insanlar bu cür məkanlarda birgə çalışar, toy-bayram edər, mərhumlarını torpağa tapşırar, münaqişələrin həllini axtarıb-tapar, qısası – öz icma simalarını formalaşdırardılar. Bakıda məhəllələr hələ də mövcuddur, hərçənd, onlar ideal ictimai məkan haqqında yeni təsəvvürlərin yer aldığı dövrdə tədricən gözdən itib yox olurlar. 

"Sovetski" çox məşhur bir məhəllə olmuşdur. Əvvəldən, yəni XIX əsrin ortalarından başlayaraq burada Bakının neft mədənlərində işləyən yoxsul ailələr sığınacaq tapardı. Bir müddət sonra “Sovetski” təxminən 50 min sakinin yaşadığı canlı, səs-küylü məhəlləyə çevrildi. Burada 200-dən artıq tarixi tikili də yerləşirdi: köhnə evlər, hamamlar, ibadət ocaqları. Şəhəri gözəlləşdirmək təşəbbüsü çərçivəsində bu məhəllənin yerində salınacaq park naminə 2014-cü ildə onu sökməyə başladılar.

Sərginin müddəti: 26 may – 8 iyun 
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00 
Əlavə məlumat üçün: www.yarat.az, 012 505 1414




26 Мая - 08 Июня
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.