Elan Sərgilər Miniatür sənətində miras və müasirlik
Miniatür sənətində miras və müasirlik

Miniatür, Azərbaycan milli mədəniyyətində onu sadə təsviri sənət çərçivəsindən çıxaran xüsusi rola malikdir. O, ədəbiyyat və incəsənəti bir-birinə toxuyan "qırmızı teldir".
Miniatür sənəti sayəsində Azərbaycan ədəbiyyatı üçün ənənəvi olan bir sıra süjetlər yalnız kitab səhifələrində fiziki cəhətdən canlanmır... Onlar dekorativ-tətbiqi sənət nümunələri üzərində də əks olunur. Geyim elementlərinin naxışlarına üzvi surətdə hopparaq, ona zəngin və “dolğun” görünüş bəxş edir. 
Ədəbiyyat və incəsənətin vəhdəti ənənəsi bir neçə rəssam və şair nəslini ruhlandırdı. Uzun əsrlər boyu Azərbaycan miniatür sənətkarları nadir sənət nümunələri yaradaraq, nəinki Yaxın Şərq regionunda, həmçinin onun hüdudlarından kənarda da incəsənətin inkişafına böyük təsir göstərmişdir.Onun kompozisiya həlli, praktik olaraq istənilən klassik süjetin hədsiz variasiyalarda təcəssümü üçün sərhədsiz imkanlar yaratması miniatür sənətinin özəlliyidir. 
Təəssüf ki, bu gün bir çox ənənələr unudulub. O cümlədən, Təbriz və Qacar bədii məktəblərinin miniatür ustalarının kompozisiya nailiyyətləri də unudulmaqdadır. Əsrlərin ənənəsi dəmək olar ki, yaxın keçmişdə itib-batmaqdadır. Ələxsüs da maraqlısı ondadır ki, müstəvi üzərində təsvirlə bağlı olan klassik miniatür kompozisiyasının nailiyyətləri sərhədsiz olaraq müasir incəsənətinin bütün növlərinə tətbiq edilə bilər.
Azərbaycan Milli İncəsənət Muzeyi yalnız müxtəlif klassik miniatür məktəblərinin zəngin kolleksiyalarına deyil, eləcə də miniatür süjet və ənənələri əsasında yaradılan maraqlı dekorativ tətbiqi sənət nümunələrinə də sahibdir. Bu nadir bədii əsərlər Azərbaycanın müxtəlif regionlarındən olan sənətkarlar nəslinin ideya və nailiyyətlərinin məcmusunu müxtəlif bədii variyasiyalarda əks etdirir.
Bu kolleksiyalardan ilhamlanan fotorəssam Rüstəm Hüseynov, Azərbaycan miniatür məktəblərinin kompozisiya nailiyyətlərinə əsaslanaraq və müasir texnikadan istifadə edərək foto və rəqəmsal incəsənət əsərləri silsiləsini yaratmışdır. Beləliklə, köhnə sənətkarların ənənəsini davam etdirməklə, artıq tamaşaçılara miniatürun müstəvi üzərində müasir təcəssüm nümunəsini təqdim edir.  Miniatür rəssamlarına xas olan kompozisiya ifadə üsullarından istifadə edərək, Rüstəm Hüseynov müasir incəsənət vasitələrinin köməyi ilə Azərbaycan klassik miniatür süjetlərinin müasir varisialarını yaradır. Bu layihənin məqsədi, dünənki, bügünkü Azərbaycan miniatür sənətinin bütün sərhəd və müxtəlifliyinin təcəssümünü göstərmək və müasir rəssamları sabahkı Azərbaycan mədəni irs ideyasının inkişafına ilhamlandırmaqdır.  
Hər birinizi 26 iyul, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək “Miniatür sənətində miras və müasirlik” adlı sərginin açılış mərasiminə dəvət edirik. 




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.