Goethe-Zentrum Baku Kapellhausda keçiriləcək Gerikonun gəmi qəzasına qayıdış. Qaçqın və miqrantlar sərgisi ilə sevinçli payız proqramını elan edir. Sərgi bədii vasitələrdən istifadə edir, poetik yanaşmada mərkəzləşərək miqrasiya mövzusuna müraciət edir. Beləliklə, sərgi qaçqınlara öz individual səs və tarixlərini yenidən qazandıraraq onları adətən göründükləri anonim kütlədən azad etmək məqsədini daşıyır.
Bu mövzunu sensasional şəkildə istismar edən kütləvi informasiya vasitələrindən fərqli olaraq, rəssamlar kontr-obrazlar istehsal edərək qaçqınlara öz ləyaqətlərini qoruyub saxlamaq ixtiyarını verən yumşaq tonlarla oynayacaq.

Aryan Martins yaratdığı böyük freskasında Atlantik okeanında keçən tarixi miqrasıyaların izlərini araşdırır, bura o həm də "Orta Keçid"milyonlarla afrikalıların Atlantik qul ticarəti çərçivəsində gəmilərlə Yeni Dünyaya göndərildikləri yolların keçdiyi üçbucaq okean sahəsi) adlanılan qul ticarətinin marşrutlarını əlavə edir. Sitarə İbrahimovanın individual miqrasiya mövzusunda hazırladığı araşdırma Kərkənc kəndinin bugünkü sakinlərinin bənzərsiz təcrübəsindən danışır. Onlar 1989-cu ildə Dağlıq Qarabağdan başlayan məcburi köç nəticəsində o zaman yaşadıqları Ermənistanın şimalındaki Qızıl Şəfəq kəndindəki evlərini həmin zaman Kərkənc kəndində etnik ermənilərlə dəyişməli olurlar. Adad Hanna və Marsel Odenbax öz videolarında Parisin Luvr muzeyində yer alan Teodor Jerikonun "Meduzanın salı" rəsminə müraciət edirlər. Rəssam əsərdə bugünkü Mavritaniya sahilinin yaxınlığında Fransaya aid hərbi dəniz freqatının qəzaya uğramasından sonrakı anı təsvir edib. Ömər Viktor Diop Afrika və Şimali Amerikada qaradərililərin azadlıq hərəkatını canlandıran öz portretlər silsiləsini təqdim edir.

Sərgi, 22 Sentyabr, Şənbə günü 19:00-da, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 18 Noyabr tarixinə qədər davam edir. Sərgi: çərşənbə - bazar günü 14:00-20:00 qədər davam edəcəkdir. Giriş sərbəstdir.




18 Ноября - 22 Сентября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.