Elan Konsertlər YARAT Freestyle: Azadlıq musiqisi
YARAT Freestyle: Azadlıq musiqisi

Dekabrın 20-i, YARAT Müasir İncəsənət Məkanı sizi Fransanın Azərbaycandakı səfirliyi və "Total" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən, Osvensim faşist həbs düşərgəsində musiqi bəstələmiş və faciəvi şəkildə həlak olmuş bəstəkarların xatirəsinə həsr olunan gecəyə dəvət edir.

Proqrama Viktor Ulmann, Pavel Haas, Emil Que və İlze Veberin əsərləri daxildir, həmçinin tədbir zamanı dahi bəstəkar Dmitri Şostakoviçin müharibə illərində çəkdiyi bütün iztirabları "özünə hopdurmuş" musiqi əsərləri ifa olunacaq.

Bunlarla yanaşı konsert proqramında Azərbaycanın görkəmli instrumental solistləri – Aleksey Miltıx, Rövşən Əmrahov və Səidə Tağızadənin ifasında Maks Brux, Arvo Pyart və Peter Vasksın əsərləri səslənəcək. Proqram bütünlükdə dirijor Əyyub Quliyevin rəhbərliyi altında, "Bakı virtuozları" Kamera Orkestri tərəfindən təqdim olunacaq.

Belə ki, tədbirin ən vacib hadisələrindən biri də ilk dəfə Bakıda, dünyaca məşhur fransız bəstəkarı Elios Azulenin "14 may 1431-ci il" adlı monooperası səslənəcək. Sözügedən əsər, Viktor Ulmannın 1943-cü ildə Osvensimdə bəstələdiyi, yarımçıq qalmış "Janna d’Ark" operası əsasında qurulub. Monooperanın müasir versiyasının əsas partiyalarını Fəridə Məmmədova (soprano) və Elios Azule (bəstəkar, klarnet ifaçısı, novator) ifa edəcəklər.

20 dekabr, saat 20:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.