Elan Sərgilər Aydın Rəcəbov
Aydın Rəcəbov

Klassika və novatorluq qovşağında
24 may saat 17.00-da Azərbaycan Respublikasının Əməkdar rəssamı, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqı “Dekorativ-tətbiqi sənət” bölməsinin rəhbəri Aydın Rəcəbov 75 illiyini Azərbaycan Xalça Muzeyində “Ənənələrin gələcəyi” adlı fərdi sərgisi ilə qeyd edəcək. Bu ad rəssamın hərtərəfli, geniş yaradıcılığını əks etdirir. Belə bir ad bu rəssamın ərtərəfli, çoxşaxəli yaradıcılığının əsil mahiyyətini əks etdirir.
Xalçaçılıq sənətində fəaliyyət göstərdiyi onilliklər ərzində bir çox xovlu və xovsuz xalça eskizləri yaratmışdır. Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatur sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçilir.
Bir sıra əsərlərinin ornamentində şifrələnmiş yazılar gizlənir. Bura hal-hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılan “Suvari dərviş” və kompozisiya quruluşu başdan-başa qədim yazı simvollarından ibarət “Tenqri” xalçaları aiddir. Həmçinin, ərəb dilində imam Əlinin adı şifrələnmiş “Xətlərin harmoniyası”, bulud naxışları islam dininin ehkamı “La ilahə illəllah” sözlərinin birləşməsindən yaranan “Abşeron” və digər xalçalar da bu sıradadır.
Hazırkı sərgi üçün rəssam öz eskizləri əsasında son bir ildə toxunan altı yeni xalça hazırlamışdır. Bura yalnız müxtəlif illərdə yaratdığı otuzdan çox xalça və xalça məmulatları deyil, həmçinin onların iyirmi yeddi eskizi də daxildir. Beləliklə, tamaşaçı bu və ya digər xalça eskizinin hazırlanma prosesini lap əvvəldən – ideyanın yarandığı andan seyr edə bilər




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.