Elan Rok Baku Rock Fest 2019
Baku Rock Fest 2019


Sizi Baku Rock Fest-ə dəvət edirik. Hər il olduğu kimi, bu il də bakıda azərbaycan dilində ifa edən bütün rok qrupları birləşdirən festival planlaşdırılır. Konsertin məqsədi, azərbaycan rokunun irsini qorumaq və bu janrı ölkədə inkişaf etdirməkdir. Bu dəfə siz azərbaycan rok qruplarının müəllif mahnılarını və həmçinin ‘Yuhu’, ‘Coldünya’, ‘Sirr’ kimi azərbaycanın əfsanəvi rok qruplarının mahnılarının cover versiyasını eşidəcəksiniz.

Festivalda həmçimin ‘Sadnos’, ‘The Etud’, Milan Məmmədov və heyəti iştirak edəcək. Səhnəyə Sumqayıtın ‘Bəndə’ qrupu öz yenilənmiş heyəti ilə qayıdır. Həmçinin səhnədə ‘Sirr’ qrupunun dəyişilməz vokalisti Oqtay Abdullayev çıxış edəcək. Həmçinin festivalda iştirak etmək istəyən, və öz mahnıları olan hər bir qrup dəvət edilir.

Konsert 14 dekabrda 19:00 da, Albion klubunda baş tutacaq. Biletlətin qiyməti: Ayaq üstü 10 AZN, masalarda yer 15 AZN

Biletlər əldə etmək üçün: 050 340 70 84 Albion

Təşkilatı dəstək və çıxış  etmək istəyənlər üçün əlaqə: 050 634 38 98 Milan Məmmədov




Rok




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.