Elan Caz Azərbaycan - Caz Günü
Azərbaycan - Caz Günü

Beynəlxalq Caz Günü, UNESCO tərəfindən 2011-ci ildə təsis edilmiş, hər il aprel ayının 30-da qeyd edilən bir tədbirdir. Hər il 200-dən çox ölkə Beynəlxalq Caz Günündə iştirak edir.

 

Caz sevənlərin sayı günü-gündən artır. Hazırda bu musiqi janrına maraq göstərən çoxlu musiqiçilər var. Və bunun nəticəsidir ki, bu gün Azərbaycan caz musiqisinin yüksələn ulduzları White Angels of Jazz fəaliyyət göstərir. Onlar Beynəlxalq Caz Gününü qeyd etmək və “Ekalogic” adlı yeni layihəni təqdim etmək üçün bir araya gəliblər. Aprelin 30-da isə onlar öz möhtəşəm çıxışları ilə Azərbaycanda caz həvəskarlarını sevindirəcəklər. İfalar arasında elektron və caz-muğam musiqisinin sintezi də olacaq.

 

Bu tədbirin fərqli və maraqlı olacağı gözlənilir, ona görə də sevimli musiqi janrınızın beynəlxalq gününü qeyd etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın.

 

 

 

Məkan: Jazz Club by Beer Hall

 

Təşkilatçılar:

Baku Jazz Festival
Əlaqədar şəxs: Leyla Əfəndiyeva
Tel: +994557742623
E-poçt: efendileyla@mail.ru

 
 




Caz




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.