Elan Müxtəlif Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisi
Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisi

12-14 aprel tarixlərində “Bakı Ekspo” mərkəzində 6-cı Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək. “Horex” sərgisi Azərbaycanda otel və restoran sahəsinin peşəkarları üçün ideal iş meydançasına çevrilmiş yeganə ixtisaslaşdırılmış tədbirdir. Bu sahənin ən son bazar tələblərinə uyğun olan yenilik və təkmilləşdirmələri sizin qonaq qəbul etmə (otel, restoran və s. bu kimi) xidmətinizi dünya standartları səviyyəsinə qədər yüksəltməyə imkan verəcək. Sözügedən sərgi çərçivəsində Avstriya, İtaliya, Almaniya, Belçika, Rusiya, Türkiyə, Ukrayna və Fransadan olan aparıcı şirkətlər mehmanxana, restoran və otellər üçün peşəkar mətbəx və camaşırxana avadanlıqları, məişət kimyası, parçalar və eksklüziv qab-qacaq, otellər üçün “onlayn” bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və bir çox digər xidmətlər təqdim edəcəklər. Ekspozisiyaya daxil olan qonaqpərvərlik sənayesinin “La Cimbali”, “Santos”, “Robot Coupe”, “Rational”, “Winterhalter”, “Karma-Global”, “Rotondi”, “Scotsman”, “Modular”, “Bonnet”, “Sagi Spa”, “Rovabo”, “Danube International”, “Muehldorfer” və “Ingrid Lesage Creations” kimi məşhur brendləri və digərləri mehmanxana, restoran və supermarketlərin parlaq ifadə olunan özəlliklə seçilməsinə kömək edəcəklər. Sərgi çərçivəsində iştirakçı şirkətlərin stendlərində təqdimat mərasimləri və bütün dünyada məşhur olan mütəxəssislərin iştirakı ilə ustad dərsləri (“master class”) keçiriləcək. Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətləridir. 




Müxtəlif




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.