Elan Teatr Rza Əfqanlı – 110
Rza Əfqanlı – 110

Görkəmli teatr və kino xadimi, Xalq Artisti Rza Əfqanlının anadan olmasının 110 illiyi münasibəti ilə  Xatirə Gecəsi keçiriləcəkdir. Rza Əfqanlı «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «O olmasın, bu olsun», «Aygün», «Sevil», «Mən ki, gözəl deyildim», «Qanun naminə» və «Dağlarda döyüş» filmlərində yaratdığı obrazlar neçə nəsil tamaşaçıların rəğbətini qazanmışdır. O, həmçinin teatr səhnəsində də bir sıra yaddaqalan rollar ifa etmişdir. Xatirə Gecəsinin aparıcısı Xalq Artisti Rafiq Əzimov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovdur.  Xatirə Gecəsi Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçirilir. Gecə 2009 il 20 may saat 19.00-da Musiqili Komediya Teatrının binasında keçiriləcək. Xalq Artisti Rza Əfqanlının yaradıcılığı pərəstişkarlarını Xatirə Gecəsinə dəvət edirik.




Teatr




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.