Elan Müxtəlif Bakıda 3D Print Conference
Bakıda 3D Print Conference

12 fevralda Bakıda Park Inn by Radisson otelində üç ölçülü çap üzrə -3D Print Conference bənzərsiz bir konfransı keçiriləcək. Smile-Expo şirkəti tərəfindən təqdim olunan 3D Print seriyalı tədbirlər artıq Almatada, Kiyevdə, həmçinin Moskvadada keçirildi, orada iki  böyük 3D-çap sərgisi keçirilmişdir. Növbəti təyinat nöqtəsi Bakı olacaq.

Bakıda 3D Print Conference-a qatılmağın 5 səbəbi:

1. Bakı 3D-çapa hazırdır. Bakı - fəaliyyətinin müxtəlif sahələrində yenilik üçün ən perspektivli şəhərlərdən biridir. Azərbaycanın paytaxtında sürətlə yüksək texnologiyaların istehsalı artır, ixtisaslaşdırılmış elmi-tədqiqat mərkəzləri yaradılır və elmi fəaliyyətləri stimullaşdıran təbdirlər həyata keçirilir. Bu hadisələrdən biri  2014 ildə ən sürətlə inkişaf edən 3D-çap yeni texnologiyasına  həsr olunmuş konfrans olacaq. Əsas tətbiq dairəsi: memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, yemək, əyləncə. Əgər siz zamanla ayaqlaşmaq istəyirsinizsə və öz məhsullarınızı necə təkmilləşdirməyi bilmək istəyirsinizsə, o zaman 3D Print Conference Baku iştirakçılarına qoşulun.

2. Beynəlxalq təcrübə. Sənaye Liderləri, Rusiyanın, Azərbaycanın, Tükiyənin, Avropanın və ABŞ-nın iştirakçıları müxtəlif çap texnikasını nümayiş etdirəcəklər, onların tətbiqi haqqında ətraflı danışacaklar və ustad dərsləri keçirəcəklər. Beynəlxalq səviyyədə təcrübə mübadiləsi - tədbirin mühüm hissəsidir. 3D Print Conference üç dildə keçiriləcək: rus, azərbaycan və ingilis dili.

3. İştirakçılar - sənaye liderləri. Tədbirdə konfrans hissəsindən başqa, demozona da təşkil olunacaq, burada iştirakçılar aydın şəkildə printerlərin işlərini nümayiş etdirəcəklər.
Brilyant sponsor  3D Print Conference - 3D Project şirkəti.
3D Project portfoliosunda - bu layihələr üçün iş yerlərinin yaradılması həyata keçirilir: SOCAR, tədqiqat nüvə reaktoru, BCT Neft kəməri, neft platforması, Naftalan şəhərində vağzal, qaz emalı zavodu, beton zavodu. Həmçinin iştirakçılar arasında bunlar da var: Print Product  (Sankt-Peterburq), Inter Technics (Bakı), Cybercom Ltd (Moskva) və b.

4. Konfrans proqramı. 3D Print seriyalı konfrans proqramı hər hansı bir ölkə bazarlarının inkişaf xüsusiyyətliyini nəzərə alaraq peşəkar həmkarlar tərəfindən yaradılır. Spiker heyətinə 3D-çapların qurusu və  beynəlxalq dərəcəli mütəxəssislər  dəvət edilir.

Beləliklə, 3D Print Conference Baku proqramında – Anton Vedeşin, Secured3D Development (ABŞ), Dmitri  Postelnik,  Autodesk (Rusiya), Furkan Bakir, 3Dörtgen (Türkiyə), Olqa Berejnova, Cybercom Ltd (Rusiya), Tatyana Şaqova, PICASO 3D (Rusiya), Farxad Amirbekov,  Bakı banklararası valyuta birjası (Azərbaycan) və b. Konfrans spikerlərinin tam siyahisinə burada baxa bilərsiniz.

Konfransın sualları:
• 3D texnologiyalarını sənayedə necə həyata keçirmək olar, və necə pul qazanmaq olar?
• 3D-printerləri tibbdə necə istifadə etmək olar?
• Zərgərlikdə, modada, ərzaq və memarlıqda 3D texnologiyasının tətbiq perspektivləri hansılardır ?
• 3D texnologiyaları Azərbaycanda təhsili və elmi necə dəyişdirəcək?

5. Çaplanmış Bakı. Picaso 3D şirkəti – 2014 ilin brendi və 3D Print Awards versiyası üzrə Rusiyanın ən yaxşı printerlər istehsalçısı (3D –çap və skanedici sənaye biznesinin ən yaxşı nailiyyətləri sayəsində Beynəlxalq mükafatı ) – öz printerində Bakı şəhərinin maketini çap edir. Çapın gedişini və son nəticəni 3D Print Conference çərçivəsində demozonada iştirak edənlərin hər biri izləyə biləcəklər.

Tədbirdə qeydiyyatdan keçmək və bilet əldə etmək üçün keçidə daxil olun.

Sayt: http://3dprint.az/az/
Əlaqə: CLIENT@3DPRINT.AZ
+7 (495) 212-11-28




Müxtəlif




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.