Elan Müxtəlif Red Bull Shakh Carpet -Şahdağ turizm kompleksində uçan xalçalar!
Red Bull Shakh Carpet -Şahdağ turizm kompleksində uçan xalçalar!

8 fevral tarixində saat 13:00-da Şahdağ turizm kompleksində ikinci dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi – Red Bull Shakh Carpet keçiriləcək!

Hərfi mənası “Xalçaların Şahı” olan müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların xüsusilə müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır!

Qeydiyyatdan keçmək üçün iştirakçılar qabaqcadan komandanın kreativ konsepsiyasını və adını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitəni düzəltməli, həmçinin müvafiq şən kostyumlar hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün ən kreativ 20 komanda seçiləcək. Hazırda 15 komanda qeydiyyatdan keçib.

Qalibləri üç kriteriyada juri müəyyənləşdirəcək: ən yaxşı tullanma, ən kreativ kostyum və çıxış, tamaşaçı simpatiyası.

– Komanda 2-3 iştirakçılardan ibarət olmalıdır.

– Təchizat - əldəqayırma xalçalar (konstruksiyaların qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün istənilən digər “hərəkət vasitələrindən” istifadə edilə bilər).

– Hər komandanın çıxışı üçün 5 dəqiqə verilir (performans – tullanma) .

– Hər tullanma hakimlər tərəfindən növbəti meyarlara əsasən qiymətləndiriləcək: fəndin (tullanmanın) icra texnikası, kostyumların və çıxışın özünün kreativliyi, tamaşaçıların simpatiyası.

Unikal tamaşa, unudulmaz əyləncə, bol drayv və ekstrim, eləcə də bir çox maraqlı mükafatların olacağına zəmanət verilir! Kreativ konsepsiyaları və konstruksiyaların/kostyumların eskizlərini gözləyirik. Tələb olunarsa, təşkilatçılar hazırlıq prosesində öz məsləhətləri ilə məmnuniyyətlə kömək edəcəklər.

Layihə Şahdağ turizm kompleksinin dəstəyi ilə həyata keçirilir.




Müxtəlif




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.