Elan Müxtəlif Pik Palace və Park Chalet otelində 8 Mart
Pik Palace və Park Chalet otelində 8 Mart

Şahdağda yerləşən Pik Palace və Park Chalet otelləri zərif cinsin nümayəndələrini 8 Mart Qadınlar Gününü qeyd etməyə dəvət edir. Sevgilinizə sürpriz etmək istəyirsinizsə, sizə bu il qeyri-adi təklifimiz var. O, bayram günlərini dağlara açılan mənzərəsi olan dəbdəbəli nömrədə keçirməkdən, xizək sürməkdən, həmçinin ləzzətli yeməklərin dadına baxmaqdan və hər gecə diskotekada rəqs etməkdən zövq alacaq.

Şahdağda istirahətə 6 mart, cümə günündən başlamağı məsləhət görürük. Cümə günündən başlayaraq istirahət günlərinin sonuna qədər Pik Palace və Park Chalet-də təkrarsız caz musiqisi səslənəcək. Həmçinin uşaqlar üçün xüsusi proqram, Aspenbar, Park Chalet-də dəvət edilmiş DJ-lərin ifası hər kəsin könlüncə olacaq.

Bayramın kulminasiyası Pik Palace oteldə Acacia Ballroom-da Qadınlar Gününə həsr edilmiş bayram yeməyi olacaq. Gecədə məşhur Azərbaycan müğənnisi Zamiq Hüseynov və onun qrupu, Roomba rəqs şousu və müxtəlif müsabiqələr sizi gözləyir. Bayramı məşhur DJ Razy Freeman yekunlaşdıracaq.

Bundan əlavə otel zərif cinsin nümayəndələrini əsas mükafatı -"kraliça tacı"nı qazanmaq üçün müsabiqədə iştirak etməyə dəvət edir. Kraliça titulunun sahibi 28 fevral tarixinədək bron etmiş qonaqlar arasından  təsadüfi seçimlə 2 mart 2015-ci il tarixində seçiləcək.

Qalib Royal Suite nömrəsində pulsuz qalma, SPA prosedur (2 nəfərlik) və gələn il Pik Palace-ın bayram yeməyinə pulsuz qatılmaq üçün dəvətnamə qazanacaq. Otelə gediş günü "tac sahibəsi"nin arxasınca limuzin gələcək. Xüsusi komanda isə onun gəlişini unudulmaz edəcək.

Əlavə olaraq, bu nağılı əbədiləşdirmək üçün peşəkar videoqraf və fotoqraf xüsusi anları yaddaşlara köçürəcək.
Rahat ailəvi nömrələr Pik Palace-da 223 AZN, Park Chalet-də 200 AZN (minimum 2 gecə) olacaq. Acacia Ballroom-da bayram yeməyi alkoqolsuz içkilər daxil olmaqla iki nəfər üçün 160 AZN olacaq. 12 yaşdan kiçik uşaqlar üçün 50% endirim.

Daha ətraflı məlumat almaq üçün  www.pikpalaceshahdag.com saytına daxil olun.

Daha ətraflı məlumat almaq və bron etmək üçün zəng edin: 012 310 2010.




Müxtəlif




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.