Elan Müxtəlif Zoluşka filminin möhtəşəm premyerası
Zoluşka filminin möhtəşəm premyerası

Mart ayının 5-də “28 Cinema”da dünya premyerasından bir gün öncə “Zoluşka” filminin premyerası keçiriləcək. 

Film haqqında:

Postmodern əsrində filmdə ikinci məna, müasir fikir dəyişkənliyi olmayan klassik nağıl görmək bir qədər təəccüblü görünür. Güman ki, “Zoluşka” filmindən qəfil sujet dönüşü və qəhrəmanların sehrli çevrilməsi gözlənilirdi. Lakin kino 1950-ci ilin animasiya filminin bütün kanonlarına uyğundur. Bu isə çox gözəldir. Yetmiş illik yaşı olan köhnə nağılı tanımamaq olmaz. Uşaqlıqdan tanış olan kadrlara qərq olmağı isə təsəvvür etmək belə çətindir. Rejissor öz “sehrli əli” ilə bir çox rəssamların, rejissorların çoxdan vaz keçdikləri dünyanı çəkir. “Zoluşka”nın dünyası boyalar ilə zəngindir, hədsizdir və cəzb edəndir. Lili Ceyms və Riçard Meddenin duetinin iştirakı ilə nağıl məhz bu cür olmalıdır.

Tədbir “Grandezza” Ticarət Evinin və “Nina Ricci”nin baş sponsorluğu, Masu Japanese Grill restoranının və Nargis jurnalının dəstəyi ilə keçirilir.

Giriş yalnız dəvətnamə ilədir.
Mart ayının 6-da “Zoluşka” filminin böyük ekranlarda nümayişinə başlanılır.




Müxtəlif




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.