8 Mart Beynəlxalq Qadınlar Günündə xanımlarınıza onların nə qədər vacib olduğunu göstərin. Xanımlarınızı Fairmont Baku, Flame Towers-də bayram qeyd etməyə dəvət edin. Alov Steakhouse qonaqları alkoqollu və alkoqolsuz içkilər daxil olmaqla dörd yeməkdən ibarət nəfis menyu ilə sevindirəcək. Yeməkdən sonra qonaqlar rəqs edə və xüsusi caz proqramından zövq ala bilər. Paketin qiyməti - bir nəfər üçün 150 AZN.
Italian Bistro restoranından verilən 85 AZN-lik təklifə canlı musiqi, üç yeməkdən ibarət menyu, alkoqolsuz içkilər daxildir.
Beynəlxalq Qadınlar Günündə Alov və ya Italian Bistro restoranının qonaqları xüsusi qiyməyə oteldə gecə keçirə biləcəklər - səhər yeməyi və vergi daxil olmaqla iki nəfər üçün 150 AZN. Mart ayı ərzində ESPA-dan xüsusi SPA təklif xanımlarınızın ürəyincə olacaq. Təklifə 60 dəqiqəlik masaj, 30 dəqiqəlik bədən üçün skrabŞ həmçinin hovuz və fitnes daxildir.
Rezerv etmək və əlavə məlumat almaq üçün bakufoodandbeverage@fairmont.com ünvanına yazın və ya +99 412 565 48 48 nömrəsinə zəng edin.
FAIRMONT BAKU HAQQINDA
Şəhərin ən hündür yerlərindən biri, Azərbaycanın paytaxtının qaynar yerində qeyri-adi və orijinal kompleks yerləşir. “Flame Towers” kimi məşhur olan üç qüllə tarixi "odlar yurdu"nun ecazkar simvoludur.
“Fairmont Baku” bu çoxfunksiyalı kompleksin şimal qülləsidir. Oteldə 318 nömrə, lüks və apartamentlər, konfrans zalları, ESPA spa mərkəzi və bir neçə restoran, bar, loundj, o cümlədən Le Bistro fransız restoranı, amerikan Alov Steakhouse, Alov Jazz Bar və Cigar Divan mövcuddur. Əlavə edək ki, bu, Azərbaycanda ən hündür binadır.
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.