Elan Uşaqlar üçün "Uçmağı bizimlə öyrənin" uşaq festivalı
"Uçmağı bizimlə öyrənin" uşaq festivalı

YARAT Müasir İncəsənət Məkanı Sizi 11 iyun 2016-cı il Beynəlxalq uşaqlar gününə həsr olunmuş "Uçmağı bizimlə öyrənin" uşaq festivalına dəvət edir! "Uçmağı bizimlə öyrənin" festivalı uşaqlara xəyal etmək və yaratmağı öyrətməklə onların gələcəyini daha parlaq olmasına çalışır.

Uşaqları macəra və həyəcan dolu bir gün gözləyir! Cəmi bir neçə saat ərzində Siz qeyri - adi vazalar və bəzək əşyaları hazırlamağı öyrənəcəksiniz. 

Siz həmçinin öz dondurmanızı, meyvə və tərəvəzlərdən ləzzətli və sağlam yeməklər hazırlamağı təcrübədən keçirəcəksiniz.
Hər bir uşağa şarlar, musiqi və cizgi filmləri ilə bayram əhval-ruhiyyəsi yaşadacağımıza ümid edirik.

Musiqi ritmini müxtəlif vasitələrlə hiss edəcək və Disko partimizin ahəngi ilə rəqs edəcəksiniz!

Festivala giriş SƏRBƏSTDİR.

Proqramımız belədir:

09:00 - 12:00 Açıq havada uşaqlar üçün yoqa dərsi 
10:00 - 16:00 Açıq havada rəsm dərsi 
10:00 - 17: 00 Küləklə rəqs 
13:00 - 14:00 Çərpələnglərin uçurdulması 
10:00 - 19:30 Uşaq əsərlərinin sərgisi 
10:00 - 17:00 Qida incəsənəti 
10:00 - 16:30 Animasiya filmlərinin nümayişi 
10:30 - 17:00 «Öz cizgi film qəhrəmanını çək» 
09:00 - 18:00 Üz rənglənməsi 
10:00 - 18:00 Oriqami üzrə ustad dərsi 
10:00 - 18:00 “İstifadə olunmuş əşyalardan art obyektlər yarat” 10:00 - 18:00 Foto sessiya 
10:00 - 18:00 Aktyorluq dərsi 
10:00 - 17:00 Oyuncaq hazırlama üzrə ustad dərsi 
17:00 - 18:00 Uşaq orkestrinin çıxışı 
18:00 - 19:30 DİSCO parti 
19:30 Helium şarlarının uçurdulması
Ətraflı məlumat: 012 505 1414 
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, çoxtəyinatlı zal
Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı Meydanın yaxınlığı)




Uşaqlar üçün
Bilet: Бесплатно YARAT Contemporary Art Center




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.