Elan Uşaqlar üçün Yelkən Festivalı
Yelkən Festivalı

Dənizi, küləyi sevirsənmi? Yelkən idmanını daha yaxından və əyləncəli şəkildə tanımaq istəyirsənmi? O zaman, Azərbaycan Yelkənli İdman Federasiyası və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə, Azərbaycanda ilk dəfə keçiriləcək olan Yelkən Festivalı-na sən də dəvətlisən! Festivalın keçirilməsində əsas məqsəd gənc nəsil arasında Yelkənli idmanı tanıtmaq və inkişaf etdirməkdir.

Yelkən Festivalı çərçəvəsində qonaqları əyləncəli viktorinalar, maraqlı oyunlar, musiqili proqram və hədiyyə qazanmaq şansı gözləyir. Eyni zamanda 7-14 yaşlı uşaqlar üçün Yelkən İdmanı üzrə Yay Məktəbinin növbəti dövrləri üçün qeydiyyat aparılacaq. Festivalın açılış günü Azərbaycan Yelkənli İdman Federasiyası haqqında lentə alınmış Sənədli Filmin təqdimat mərasimi Park Cinemada baş tutacaq. Qeyd edək ki, Festival 3 gün davam edəcək və hər gün saat 15:00-dan etibarən iştirakçıların üzünə açıq olacaq. Festivalın tarixi: 29-30-31 iyul, 2016-cı il Məkan: Park Bulvar AVM, 1-ci mərtəbə




Uşaqlar üçün




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.